Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Mark Törner &Aleksandr Maşinin Qrupu ZJAZZ Kvarteti
"Volcano" Qrupuİrina Rodiles
Emil İbrahim və DostlarıSevda Ələkbərzadə

22 iyun tarixli

The next, the third in a row Baku International Jazz Festival was held from the 7th of June 2007 to the 14th. As in the past years the Ministry of Culture and Tourism of Azerbaijan, the Ministry of Youth and Sport of Azerbaijan, Friends of Azerbaijan Culture Foundation and Baku Jazz Center were the organizers of the Festival...>>>

Relizlər

2007-ci il 22 iyun tarixli yekun Press-Reliz İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar. Festivalın baş sponsoru AzEuroTel telekomunnikasiya şırkəti olmuşdur. Azərbaycan paytaxtı Bakının 4 məkanında Azərbaycan caz ustaları və Festivalın qonaqlarının iştirakı ilə 20-dən artıq konsert keçirilmişdir. Ənənəvi olaraq, Festivalın hər günün sonunda cemseyşnlər keçirilirdi. Xüsusi olaraq Festival üçün Bakı Caz mərkəzində təmir işləri keçirilmiş və Meyer Sound şirkətinin yeni səsgücləndirici avadanlığı quraşdırılmışdır. Festival çərçivəsində keçirilən tədbirlərə 10,000 artıq bakılı və şəhərimizin qonaqları gəlmişlər.
Məhz Festival çərçivəsində bu yaxınlarda bərpa işləri sona çatdıqdan sonra açılmış Yaşıl Teatrda ilk konsertlər keçırilmişdir. Festivala hədsiz dəstək Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev göstərmişdir. Həmçinin Festival Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri cənab Əbülfəz Qarayevin diqqət mərkəzində idi.
Bu il artıq ənənəvi olmuş caz bayramına dahi azərbaycan caz musiqiçısi Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə də gəlmişdi. O nəinki Opera və Balet Teatrında əvvəldən nəzərdə tutulmuş konsertlə çıxış etmişdir, hətta səfər proqramında əvvəldən nəzərdə tutulmamış və öz fəaliyyətində ilk dəfə açıq havada Festivalın yekun Qala-konsertində də çıxış etmişdir. Festivalın Təşkilat Komitəsi Əzizə Mustafazadənin konsertinin təşkilatında sponsorluq etmiş Azərbaycan Mədəniyyətinin Dostları Fonduna minnətdarlığını bildirir.
Festival zamanı əmələ gələn bir sıra problemlər Təşkilat Komitəsi və onunla əməkdaşlıq edən təşkilatlar tərəfindən operativ şəkildə həll olunurdu. Bu, misal üçün, konsertlərin Yaşıl Teatrdan Filarmoniyaya keçirilməsi ilə bağlı idi.
Festivalda yüzdən artıq media nümayəndəsi akreditasiyadan keçmişdir. Həm konsertlər, həm də cemseyşnlər Azərbaycan Televiziyası tərəfindən bütövlüklə lentə alınmışdır. Hər gün Festivalın 30 dəqiqəlik gündəliyi efirə çıxırdı. Festivalın Təşkilat Komitəsi caz bayramını işıqlandıran Azərbaycan Televiziyasının bütün əməkdaşlarına öz minnətdarlığını bildirir. Biz həmçinin media işçiləri tərəfindən Festivalın mətbuatda obyektiv və xoş işıqlandırılmasını xüsusi qeyd edirik.
Festivalın Təşkilat Komitəsi Festivalın əsas yükünü öz üzərinə götürmüş bütün texniki işçilər və könüllülərin fəaliyyətini xüsusilə qeyd edir və onlara minnətdarlıq bildirir.