Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Mark Törner &Aleksandr Maşinin Qrupu ZJAZZ Kvarteti
"Volcano" Qrupuİrina Rodiles
Emil İbrahim və DostlarıSevda Ələkbərzadə

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

Relizlər

2007-ci il 14 iyun tarixli Press-Reliz Budur, festivalın son günü yetişdi. Gərginliyin azalması artıq səhər çağından hiss olunurdu – Bakı Caz Mərkəzi məkanında taqətsizlik hökm sürürdü. Yeganə narahatlıq isə hava idi – aramsız küləklər buna əsas verirdi. Ancaq həmin günkü ideal hava şəraiti narahatlığın əbəs olduğunu göstərdi.
Festvial bağlanışının konsert proqramı şəhərimizə hələ tərk etməmiş əksər musiqiçilərin iştirakına hesablanmışdı. Odur ki, onların bu konsertdə iştirak etmələrinə razılıqları gecəni möhtəşəmliyinə rəvac verdi.
Əzizə Mustafazadənin bağlanışda iştirak etmək razılığı isə konsert ətrafında xüsusi ajiotaj yaratmışdı. Hətta bəzi pərəstişkirlar biletin nominal dəyərindən (5 AZN) manatından daha artığını, yəni 50 AZN manata qədərini nödəməyə hazır idilər. Jurnalistlər, festvial təşkilatçıları və müxətlif vasitələrlə konsertə düşən biletsizlərlə birgə tamaşaçı sayı həmin axşam təxminən üç minə çatmışdı.
Konsertin açılışını öz komandası ilə birgə İsfar Sarabski etdi. Yüksək texnikaya malik, ifadəli və səmimi gəncin çıxışı zalın gurultulu reaksiyası ilə müşayət olundu.
Qeyd edim ki, İsfarın adı, həmin gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin qərarı ilə musiqi sahəsində gənc istedadların "Qızıl kitab"ına daxil edilib.
İsfardan sonra növbə Şahin Növrəsliyə çatdı, bu dəfə Bakını artıq tərk etmiş zərbçi Aleksandr Maşinin yerini Tofiq Cabbarov tutmuşdu. Şahinin heyətində son illər görməyə alışdığımız Natan Pek də vardı.
Gecəni 3 pyeslə fransalı qonaqlarımız davam etdi. Çox təəsüf ki, həmin axşamı "Şans qapını qırınca" adlı türk filminə yazılmış sauntrekdən kompozisiya səslənmədi. Qeyd edim ki, həmin pyesin müəllifi bu qrup idi. Və Bakı Caz Mərkəzində qrupun ifa etdikləri əsərlər arasında zənnimcə, ən maraqlısı məhz bu pyes idi.
Fransızların Yaşıl Teatrdakı çıxışlarından sonra əsl cem başlandı (bunu başqa cür adlandırmaq olmazdı) Səhnə Denis Canna və onun müşayət edən heyətin ixityarında idi. Festivalın müxtəlif musiqiçilərindən ibarət heyətə Natan Pek (zərb), Emil İbrahim (royal) və Ruslan Hüseynov (kontrabas) daxil idi. Bir qədər sonra onlara Kler Mikael və Tofiq Cabbarov da qoşuldu.
Qeyd edim ki, öncədən heç bir hazırlıq olmamışdı – musiqiçilərin hansı kompozisiyanı ifa edəcəkləri yalnız sözdə müəyyənləşdirilmişdi. Hansı ki, bununla cazın həqiqətən də universal ünsiyyət vasitəsi olduğu bir daha sübut edildi. Proqramın sondan ikinci çıxışı Amerika bakılısı Zülfüqar Bağırova məxsus idi. Onunla birgə Bakıya gəlmiş musiqiçilər artıq ABŞ-a qayıtdıqlarından ifasını müşayət edən heyət də fərqli musiqiçilərdən ibarət idi.
Və nəhayət Əzizə Mustafazadə. Baxmayaraq ki, festvial təşkilatçıları 12-si tarixində, yəni, Billi Kobemin konsertindən dərhal sonra, bağlanışda sonuncu çıxışın məhz Əzizəyə məxsus olacağını elan etsələr də, bir çox tamaşaçılar son məqama qədər buna inanmırdılar. Bu inamsızlıq müəyyən qədər əsaslanmış idi. Belə ki, Əzizə prinsipial olaraq açıq meydançalarda konsert vermədiyi halda sevimli şəhəri Bakı və qədirbilən dinləyicilərin xatirinə Yaşıl Teatrda çıxışa razılaşdı və nəticədə sürəkli alqış sədaları ilə mükafatlandırıldı.
Əzizə Mustafazadənin çıxışından dərhal sonra festival bağlı elan edildi. Səhnəyə bağlanışda iştirak edən musiqiçilərlə bahəm təşkilat komitəsinin üzvləri də çıxdı. Bu günlər ərzində yığılmış yorğunluğa rəğmən kədərli məqam idi: bayram bitmişdi. Sərbəst musiqi və sərhədsiz ünsiyyətin inanılmaz bayramı. Minnətdarlıq hissi, haqlı olaraq bu günlərin nəhəng ağırlığını öz çiyinlərində daşıyan musiqiçilərə, təşkilat komitəsi üzvlərinə, eləcə də festivalın sıravi işçilərinə, bacarıqlarını 100 faizlik yerinə yetirən könüllülərə də düşür. Və təbii ki, bizim Bakı tamaşaçılarına. Məlumdur ki, kralı kral edən onun müşayətçiləridir. Və əgər kral festival idisə, müşayətçilər bu bayramda heyranlıq doğuracaq qədər gözəl və alicənab bizimlə olan insanlar idi. Hamınıza "Sağ olun!" deyirik dostlar...
Rövşən Sənanoğlu