Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Mark Törner &Aleksandr Maşinin Qrupu ZJAZZ Kvarteti
"Volcano" Qrupuİrina Rodiles
Emil İbrahim və DostlarıSevda Ələkbərzadə

22 iyun tarixli

The next, the third in a row Baku International Jazz Festival was held from the 7th of June 2007 to the 14th. As in the past years the Ministry of Culture and Tourism of Azerbaijan, the Ministry of Youth and Sport of Azerbaijan, Friends of Azerbaijan Culture Foundation and Baku Jazz Center were the organizers of the Festival...>>>

Relizlər

2007-ci il 13 iyun tarixli Press-Reliz Festivalın sonuncu günündə hiss olunan sakitlik artıq gərginliyin azaldığıdan xəbər verirdi. Hərçənd bu gün belə təcili qərarların qəbulu üçün kifayət qədər səbəb vardı. Məsələn, çıxışların bir məkandan digərinə keçirilməsi kimi.
Pianoçu Emil Məmmədovun çıxışını Filarmoniyadan Caz Mərkəzinə keçirilməsi ən optimal variant idi. Belə ki, mərkəzin yeni səsgücləndirici aparatlarla təchizatından sonra səsdə müsbət dəyişiklik vardı. (təəssüf ki, bunu idael dərəcəyə çatdırmaq zaman baxımından mümkün olmadı).
Denis Cannanın konsertini də Filarmoniyadan Caz Mərkəzinə keçirilməsi planlaşdırılsa da, vokalçının istəyi nəzərə alınmaqla ona elə filarmoniyada çıxış etmək imkanı yaradıldı.
Hayrem Bullokun bəxti isə havanın dəyişkənliyindən dolayı gətirmədi. İfasına ürəyini qoysa da, filarmoniyanın akademik zalının formatına heç gür sığmırdı.
Bu axşam daha bir heyət vardı, söhbət holland müğənnisini müşayət edən gitara, bas və zərb alətlərindən ibarət triodan gedir. Festivalın art-prodüsseri Emil İbrahimin bir neçə pyeslə qonaqlarımıza qoşulması "çatışmazlığı" qismən də olsa aradan götürdü. Konsert isə gözləntilərə müvafiq idi: Denis Canna öz sənətkarlıq dərəcəsini uğurla təsdiqlədi.
Emil Məmmədovun Caz Mərkəzində təqdimlədiyi sürprizi - gözəl balaban ifaçısı Hakim Abdullayevun heyətdə çıxışı hər kəsin marağına səbəb oldu.
Qeyd edim ki, Hakim Abdullayev konsertdən öncə Azərbaycan Televiziyasına verdiyi müsahibəsində məqsədinin milli musiqi ənənələrini maksimal dərəcədə qorumaq olduğunu bildirmişdi.
Bir il əvvəl olduğu kimi bu dəfə də gənc pianoçu Emil Məmmədovun istedaını xüsusilə vurğulanmalıdır. Həmçinin caza daha çox zaman ayırması arzuolunandır. Nə qədər banal səslənsə də, əsl sənət qurbanlar tələb edir.
Hayrem Bullokun konsertinə gəlincə, jurnalistlərə müsahibəsi zamanı o, söz verdiyi sürprizi yerinə yetirdi. Filarmoniyanın divarları çoxdandır ki, sözün yaxşı mənasında belə təzyiq görməmişdilər, hansı ki, qonağımız həm musiqidə, həm davranışında də nümayiş etdirirdi. Yeri gəlmişkən, buna bənzərini mən keçmişdə - ötən əsrin 70-ci illərində, Polşa rok-qrupunun ifasında seyr etmişdim. Ancaq o zaman belə heç kim səhnədən tullanaraq tamaşaçılarla birbaşa ünsiyyət qurmurdu.
Bullokun konserti tədricən caza yaxın stilistikadan təmiz roka "yuvarlanırdı" – ifaçının diapazonu nöqteyi - nəzərindən bu təəccüblü də deyildi. Onun məqsədi publikanı etinasız qoymamaq idi, buna da o, 100 faz nail oldu.
Çıxışının sonunda Bullok, ölməz Deep Purple-ın "Smoke On The Water" mahnısı da daxil olmaqla bir neçə rok kompozisiyaları ifa etdi. Əlbəttə, bu ifanın festival çərçivəsinə sığıb-sığmaması çox mübahisəlidir. Lakin hər şeyə rəğmən seyrçilərin bəyənisini qazanması faktı da danılmazdır.
Rövşən Sənanoğlu