Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

ZJAZZ Kvarteti"Volcano" Qrupu
İrina RodilesEmil İbrahim və Dostları
Sevda ƏləkbərzadəŞahin Növrəsli

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

Relizlər

2007-ci il 12 iyun tarixli Press-Reliz Növbəti gün hollandiyalı qonağımız - vokalçı Denis Cannanın ustad dərsi oldu. Xüsusilə xoş olan məqam bizim gənc vokalçıların səhnəyə çıxaraq öz imkanlarını nümayiş etdirməsi, pedaqoq Denisin isə onların səhvlərini çox dəqiqliklə araşdıraraq düzəldilməsi üçün ümumi əməli istiqamət verdiyini görmək idi. Bir sözlə, son dərəcə faydalı sayılan bu ustalıq dərsləri ümid edirik ki, hədər getməyəcək.
Ustad dərsindən dərhal sonra Caz Mərkəzin səhnəsinə saksafonçu və vokalçı Kler Mişelin (Fransa) qrupu çıxdı. Qeyd edim ki, bu heyət, "Volkano", "ZJAZZ" və Maşinin rəhbərlik etdiyi qrupun heyətindən bir qədər zəif olsa da, ötən ilki festivalın iştirakçıları İsrail və italiyalı musiqiçilərdən daha yaxşı idi. Çox güclü və həmahəng çalğı, qrupun lideri Kler Mişelin gözəl ifası, o qədər də çətin olmayan musiqi… Caz aləminə səyahət çox zaman məhz bu nöqtədən başlanır.
Musiqiçilərin "Şans qapını qırınca" adlı türk filminin saundtrekinə bəstələdikləri pyes də çox bəyənildi: burada təkcə ekzotika deyil, həm də etnikanın yaradıcı tədqiqi vardı. Qrupu dinləyə bilməyənlərə isə tövsiyyəmiz 21 iyun axşamı Musiqi Akademiyasının binasına gəlmələridir. Çünki, Kler Mişel və dostları butun arzulayanlar üçün açıq havada konsert verəcəklər.
Bir qədər sonra filarmoniyada Şahin Növrəslinin konserti başlandı (bu heyətdə yenə də Aleksandr Maşin iştirak edirdi). Şahin öz proqraınına etnik musiqidə ixtisaslaşmış doğma qardaşlarını da cəlb etmişdi. Təəssüf ki, sözügedən konsertə çatdıra bilmədim. Azacıq istirahətdən sonra Yaşıl Teatra, Billi Kobemin konsertinə yollandım. Haradaki qonağımız "Culture Mix" adlı layihəsini təqdim edirdi.
Kobemin yaradıcılığını 30 ildən artıqdır ki, izlədiyimdən qrupun ifa etdiyi musiqilər mənə tanış idi. Lakin bununla belə qonağımızın çıxışı hamıda, o cümlədən məndə həyəcanlı emosiyalar yaratdı.
Professionalizmin ən yüksək nümunəsi, heyətin gözəl saundu… gözləri qapadıqda sanki kompakt-diski dinləyirmişsən təəssüratı yaranırdı, bir sözlə hər şey kifayət qədər ideal şəkildə tarazlaşdırılmışdı. Musiqiçilərin ustalıqları barədə söhbət belə gedə bilməz, hər şey bəyan edilmiş səviyyəyə müvafiq idi. Heyətin lideri Kobemdən başqa perkussionist Marko Lobo və stil-pan ifaçısı Uilbert Gilin də ifaları xüsusi heyranlıq doğurdu.
Həmin axşam baş tutan cem-seynş isə unikallığı ilə yadda qaldı. Maraqlısı bu ki, cem-seyşnlərdə iştirak etməyi sevən, lakin 25 ildir ki, cemlərdə ifa etməyən (özünün etirafına görə) Billi Kobem bu dəfə "cem taxtı"nda idi. Təkcə öz layihəsinin musiqiçilərilə deyil. Bakıya gəlmiş demək olar ki, bütün qonaqlar - Hayrem Bullok, Denis Canna, Kler Mişel…. həmin axşamın cem-seyşnlərində iştirak edirdilər.
Rovshan Sananoglu