Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Əzizə MustafazadəBilli Kobem "Culture Mix"
Hayrem Bullokun QrupuKler Mişelin qrupu "Elixir"
Qjeqoj Karnasın "Dreams" layihəsi"Djabe" qrupu

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

Relizlər

2007-ci il 11 iyun tarixli Press-Reliz Festivalın beşinci günü gərginliyilə yadda qaldı. Oxucuların da xatırladıqları kimi həmin gün iki ustad dərsi (Yakov Okun və Billi Kobem) və iki konset (Aleksandr Maşinin qrupu və Emil İbrahim dostları ilə) baş tutdu. Festival proqramının qrafiki səhər saat 11-dən gecəyədək (cədvələ daxil edilmiş cem-seyşnlər az qala səhərədək davam edir) tədbirlərlə dolu idi. Musiqiçilərdən ən çox yük xüsisilə, bazar günü Moskvadan gəlmiş Aleksandr Maşinin üzərində düşmüşdü: o nəinki öz kollektivində, həmçinin art-prodüsser Emil İbrahim və Şahin Növrəslinin proqramlarında da iştirak edirdi. Nəticədə cem-seyşnlərdən sonra baraban arxasına keçən Maşin iki gün ardıcıllıqla səhərə qədər məşq edirdi: festivalda onun üçün gündüz və ya gecə anlayışı yox idi, yalnız işləmək və bir qədər də mürgüləmək üçün zaman vardı, yatmaq barədə söhbət belə ola bilməzdi.
Bu gün havanın nəhayət ki, festival təşkilatçıları və musiqiçilərə rəhmi gəldi. Konsertləri Yaşıl Teatrdan digər məkana keçirmək ehtiyacı duyulmadı. Səhnəyə ilk olaraq Aleksandr Maşinin rəhbərliyilə moskvalı qonaqlar, onunla birgə isə ABŞ-dan olan parlaq saksafon ifaçısı Mark Törner çıxış çıxdı. Hələ festivaldan öncə, Törner barəsində məlumatla tanış olarkən onun Bred Meldau, Lari Qrenadör, Brayn Bleyd və Cef Ballard kimi dünya caz korifeylərilə əməkdaşlığını özümçün qeyd etmişdim. Bu tanınmış simalar təkcə əməkdaşlıqla kifayətlənməyib, hətta Törnerin demək olar ki, bütün albomlarında yazılıblar. Elə buradan da Markın ilk növbədə lirik olması qənaətinə gəlmək olar. Bəlkə səhv edirəm, ancaq moskvalıların kifayət qədər məhdud sərt çərçivəli musiqisində Törnerin özünü naharat hiss etməsi təəssüratı məndə yarandı. Təbii ki, hazırki məqamda zövq və rəng məsələsinə əsaslanır, həqiqətin son instansiyası roluna isə qətiyyət iddialı deyiləm.
Maşinin musiqisinə gəlincə, hər zamankı kimi yüksək səviyyədə idi: savadlı, hər nyüansı itilənmiş, kollektiv üzvlərinin gözəl qarşılıqlı anlayışı… Gənc truba ifaçısı Pyotr Vostokovu xüsusilə qeyd etmək istərdim – bu musiqiçinin ifası yaşına görə daha yetkindir.
Bir qədər sonra "Emil İbrahim dostları ilə" (onun proqramı məhz belə adlanırdı) birgə, yəni daimi tərəf muqabilləri – Ruslan Hüseynov, Tofiq Cabbarov, Aleksandr Maşin və Sevda Ələkbərzadə (Emil, "Şəbi-Hicran" layihəsinin prodüsseri və aranjimançısı olub) Yaşıl Teatrın səhnəsinə çıxdı. Həmin axşam Mark Törner də ikinci dəfə ifa etdi. Məlum günün gərginliyi Caz Mərkəzində də azalmadı. Düzdür, bu dəfə özünəməxsus şəkildə büruzə verildi. Belə ki, qəza nəticəsində şəhərin mərkəzindəki stansiyaların birində işıqlar sıradan çıxdı, elektroenerjinin təminatı üçün tələb olunan bütün avadanlığın ağırlığına isə rezerv generator davam gətirmədi. Məsələ bu ki, festivaldan bir neçə gün öncə Caz Mərkəzində yeni, daha keyfiyyətli səsgücləndirici apparat quraşdırılsa da, generatoru dəyişmək zaman baxımından mümkün olmadı.
Bu hal qış mövsümündə olsaydı, problem asanlıqla yoluna qoyulardı, ancaq isti Bakı yayı kondisionerləri hərəkətə gətirdi. Əks halda tamaşaçılar üçün heç də xoş axşam olmazdı. Ancaq necə deyərlər, sonu yaxşı olan hər şey yaxşıdır – 20 dəqiqədən sonra hər şey qaydasına düşdü.
Rövşən Sənanoğlu