Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Kler Mişelin qrupu "Elixir"Qjeqoj Karnasın "Dreams" layihəsi
"Djabe" qrupuAleksandr Oseyçuk - Janna İlmer Kvinteti
Mark Törner &Aleksandr Maşinin Qrupu ZJAZZ Kvarteti

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

Relizlər

Əzizə Mustafazadənin konfransı - Əzizə, uzun illərdir Bakıda olmamağınız müxtəlif şaiyələrlə izah edilirdi, məsələn, sizin gəlmək istəməməyiniz kimi…
Ə.M: Məni gəlmək istəməməyim absurd bir düşüncədir. Vətənimi çox sevirəm, sadəcə olaraq Bakıya gələ bilməməyimin üzrlü səbəbləri vardı.

- Dahi musiqiçinin qızı olmaq necə hissdir?
Ə.M: Əlbəttə, dahinin qızı olmaq böyük məsuliyyətdir. Hər bir konsert, xüsusilə də Bakı çıxışım mənim üçün məsuliyyətdir. Nəhayət, arzum yerinə yetdi və mən vətənimə qayıtdım.

- Yaxın gələcəkdə Bakıda konsert verməyi planlaşdırrısınızmı? Və ümumiyyətlə, cazın vəziyyətini necə dəyərdəndirirsiniz?
Ə.M: Bəli, konsert verməyi planlaşdırıram. Cazın vəziyyətinə gəlincə isə…. Bakının caz həyatı ilə fəxr edirəm. Belə yüksək səviyyədə keçirilən musiqi tədbirlərinə görə Nuru müəllimə, Fərhad müəllimə, Rövşən müəllimə minnətdaram. Əlbəttə, belə insanların çox olmasını istərdim. Allah bizə kömək olsun!

- Siz atanızın yaradıcılığının xaricdəki populyarlığından danışırsınız? Belə halda, Vaqif Mustafazadənin, məsələn, Sony Awards kimi məhşur səsyazma studiyasında buraxılan disklərini nə vaxt görəcəyik?
EM: Vaqifin albomunu buraxmaq üçün bizim musiqini bilən, anlayan insanlar lazımdır. Materiallarımız hazır olsa da, nəyin harada, necə etməyi bilmirik. Çox istərdik insanlar heç olmasa bu musiqini anlasınlar.

- Vaqif Mustafazadə fondunun fəaliyyətini necə dəyərləndirirsiniz?
E.M: Nə, hansı fond?

- Afaq Əliyevanın rəhbərlik etdiyi fond.
Ə.M: Mən bu işdən xəbərdar deyiləm. Ancaq olsaydı belə bu barədə məlumatlanardım. Bütün bunlar saxtakarlıqdır. Son zamanlar çoxlu şaiyələr gəzir, fırıldaqçılar peyda olur, xahiş edirəm belələrinə inanmayın.

- Hazırda siz atanızın yolunu davam etdirir, müəyyən qədər də olsa, onun yerini tutursunuz…
Ə.M: Mən deməzdim ki, Vaqifin yerini tuturam. O, həyatda bir dəfə doğulan şəxsiyyətlərdən olub, ikinci Vaqif artıq olmayacaq. Necə ki, iki günəş olmur…

- Azərbaycan musiqisi qərbdə necə qəbul olunur?
Ə.M: Yeganə bildiyim bu ki, bizi Qərbdə böyük coşqunluq hissilə dinləyirlər. Muğam sanki tilsimləyir, bir dəfə dinləyən daha ayrıla bilmir. Ümumiyyətlə, muğam dinlərkən publikanın hiss etdiyini sözlə ifadə etmək qeyri-mümkündür. Sanki sehr dolu bir mağaradasan.

- Siz imanlı insansınız?
Ə.M: Bəli, mən imanlı insanam.

- İndiki Bakını bəyənirsinizmi?
Ə.M: Mən hələ Bakını gəzib dolaşmamışam, hazırki məqamda Bakı mənimçün hələ ki, Bakı Caz Mərkəzindən ibarətdir.

- Doğmalarınızla ünsiyyətiniz varmı?
Ə.M: Təəssüf ki, Bakıda doğmalarım qalmayıb, ancaq mənə yaxın olan insanlar var - Nuru Əhmədov, Fərhad Bədəlbəyli, Rövşən, yaxın dostlarım…

- Daha nələrlə maraqlanırsınız, hansı musiqini öyrənirsiniz?
Ə.M: Hər şeyi öyrənmək üçün bir həyat kifayət etmir. Mən Azərbaycan ruhunu, ürəyini öyrənirəm.

- Siz caz-muğamı təmsil edirsiniz. Lakin nədənsə cem-seyşnlərdə iştirak etmirsiniz. Səbəb?
Ə.M: Muğam təkcə musiqi deyil, daha böyük bir aləmdir. Mən konsertləri tərcih edirəm. Cem-seyşnləri isə sevmir, onlardan zövq almıram. Vaqifsə əksinə, cam-seyşnlərdə sevə-sevə iştirak edərdi.
N.Ə: Mən bilmirəm sirr nədədir. Cem-seyşnin nə olduğunu, orada nə qədər siqaret çəkildiyini də bilirsiniz. (gülürlər… Qeyd: Əzizə tütün qoxusuna tab gətirmədiyi üçün Bakı Caz Mərkəzin zalının havası bir neçə saat dəyişdirilmişdi).

- Siz öz konsertiniz zamanı yeni üsul təqdim etdiniz - klassika və cazı uyğunlaşdırdınız…
Ə.M: Bəli, opera-caz – bu, ruhi başlancıca əsaslanan yeni bir layihədir. Ümumiyyətlə, düşünürəm ki, klassika mənimçün ayrılmaz bir tamdır, yəqin bu irsidir. Elza xanım klassik musiqi məktəbi keçib, mən də çox axtarışlardan sonra nəticədə bu istiqamətə gəldim.

- Əzizə, ölkəmizin hüdudlarından kənar tanınırsınız. Bildiymizə görə, bacınız Lalə Mustafazadə də yaradıcılıqda məşğuldur, lakin onun adı geniş dairələrlə hələ ki, tanınmır…
E.M: Lalə haqda bir şey bilsəydik, xoşbəxt olardıq. Biz onunla əlaqə yaratmağa çalışsaq da, təəssüf ki…. Əgər siz jurnalistlər bu işdə kömək etsəniz, çox minnətdar olarıq. Övladlar valideynlərinin problemlərinə cavabdehlik daşımamalıdırlar.

- Əzizə, uşaq yaşlarından səhnədəsiniz…
E.M: O balaca olanda artıq səhnədə çıxış edirdi, solist idi. Yəqin yadınızda olar məhşur " Cücələrim" cizgi filmi, onu Əzizə səsləndirib.

- Sizinçün yaradıcılıq nədir?
Ə.M: Vaqif adına nələrsə etmək arzusu.

- Əzizə, gözəl görünürsünüz, çox qamətlisiniz...
Ə.M: (gülür) Mən qamətli görünmək üçün mübarizə aparmıram.

- Vaqif yuxularınıza girirmi, onun ruhunu hiss edirsinizmi?
Ə.M: Bəli, o tez-tez röyalarıma girir, mənimlə danışır. Dahi Vaqif həmişə mənimlədir.

- Vaqif Mustafazadənin muzeyində olmusunuzmu?
E.M: Qəbiristanlıqda, onun məzarında olmuşuq. Hansı ki, bizimçün elə onun muzeyidir.

- Almaniyada fəaliyət göstərən Azərbaycan diasporundan hər hansı təkliflər alırsınızmı?
Ə.M: Diaspora ilə heç bir əlaqəm yoxdur və onların layihələrində iştirak etmrəm.

- Bakıya qayıtmaq istəmirsinizmi?
Ə.M: İstərdim, amma burda oturaraq Azərbaycana hansı xeyiri verə bilərəm?! Böyük musiqi mədəniyyətini təmsil etmək üçün əzab çəkmək, darıxmaq lazımdır. Ümumiyyətlə, ağrı çox şirin bir hissdir. İnsana o qədər ilham verir ki…
E.M: Bizim bura qayıdacağımıza dair verilən sualları anlayıram. Bəli, biz Almaniyada çalışırıq, amma Bakıda yaşayırıq, biz burda qeydiyyatdayıq, tez-tez gəlirik. Yəqin bilmirsiniz, Əzizə ilə bu yaxınlarda da gəlmişdik.
Ə.M: Bəli, bu dekabrın 19-da olub, burada mən öz doğum günümü qeyd edirdim.

- Məlumdur ki, çox kiçik yaşlarınızdan, atanızın ifasında " Şur" u sakit dinləyə bilmirdiniz. O vaxtdan nə dəyişib?
Ə.M: Uşaq təəssüratları çox güclü olur. Mən indiyədək "Şur" u göz yaşlarsız dinləyə bilmirəm. Mən dəyişməmişəm. Musiqi mənə yenə də həddən ziyadə ekstremal təsir bağışlayır.