Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

"Volcano" Qrupuİrina Rodiles
Emil İbrahim və DostlarıSevda Ələkbərzadə
Şahin NövrəsliRafiq Vəlimətov və qrupu

22 iyun tarixli

The next, the third in a row Baku International Jazz Festival was held from the 7th of June 2007 to the 14th. As in the past years the Ministry of Culture and Tourism of Azerbaijan, the Ministry of Youth and Sport of Azerbaijan, Friends of Azerbaijan Culture Foundation and Baku Jazz Center were the organizers of the Festival...>>>

Relizlər

Əzizə Mustafazadənin konserti Bakı dinləyiciləri festivalın ikinci günü çoxdan gözlədikləri sürprizlə qarşılaşdılar.
Saat 21:00, müxtəlif bakılıların toplaşdığı məkan - Azərbaycan Dövlət Opera və Balet Teatrı. Dolu parter, amfiteatr, çağırış və alqışlar…
Əzizə Mustafazadə, bizim doğma Əzizə auditoriyanı çox gözlətmədi: Rahib Azərinin isti salamlama və etirafından ("həyəcanlıyam, bu məqamın yetişdiyinə inana bilmirəm…" - T.M.) sonra fasilə yarandı - intizar fasiləsi, bu məqamın yetişməsinə etimadsızlıq.
Budur, həyəcanlı məqam, şərq caz kraliçasının ilk sözləri: "Bunun həqiqət, yoxsa yuxu olmasına hələ inana bilmirəm. Görünür Bakını tez-tez yuxularımda görməyimdən irəli gəlir bu hiss" .
İlkin olaraq o, özünün şərq kompozisiyalarından birini - "Oxuyan təbiət" i elan etdi.
Xoral şəkildə oxunan şur-akkordların sədası (yəni, Şurun Azərbaycan ladı) bütün zala yayılmışdı.
Əzizə ilk növbədə istedadlı pianoçu və səsin rəsmli təsvirində xüsusi bacarığa malik bir təfsirçidir. Onun gözlənilməz, badəhətli caz fantaziyaları, görüntüləri müxtəlif ahənglərlə zahirən sadə, lakin ifadəli melodik relyeflərin rəngarəng uzlaşmasında və müntəzəm, ostinato ritm-formullarda birləşməsində öz əksini tapırdı.
Ritm-seksiyanın olmamasına rəğmən pianoçu, improvizasiyanın inkişafının orta fazalarında dinamik drayvı saxlamağa müvəffəq olurdu. Bu məqam həmin gecə səslənmən bütün kompozisiyalarda – "Şəhrizadın rəqsi" , "Baxiana" , "Gecə rəqsi" ndə öz təzahürünü tapırdı. Müğənninin eyniadlı albomundan bizə məlum olan "Şaman" kompozisiyası bu baxımdan yaddaqalan oldu.
Həmçinin kədərli hisslər yaradan "Şəhidlər" ("Şahidlər" ) ithafını da özəlliklə qeyd etmək olar.
Vokalın royala uyğunlaşdırılması özünəməxsus klassik intermediya idi - Motsartın "Sehrli fleyta" operasından Papaqenonun ariyası daha təravətli səslənirdi.
Bizə əziz olan daha iki məqamı qeyd etmək istərdik. Azərbaycan cazının klassiklərindən biri Vaqifin (övladı bütün axşamı atasına belə müraciət edirdi) üç şedevrinin ifası Əzizənin bizə sanki hədiyyəsi idi.
"Konsert 2" kompozisiyanın orijinal strukturu saxlanmışdı, təbii ki, solo royala uyğunlaşdırılmış görüntüsündəki dəyişiklik nəzərə alınmasa. Bu caz konsertin iradəli, bir qədər dalğın və ekspromt xarakteri (konsertlik prinsipi burada müxətlif elementli hissələrin rəvan şəkildə bir-birindən axaraq kontrast müqayisəsilə örtülüdür – T.M) möhkəm, temp isə azacıq ləng və ağır yüklü idi. Sonda pianoçunun proqramında dahi cazmenin 1 №-li klassik konsertində istifadə olunmuş kadensiyası səsləndi: Vaqif Mustafazadənin "Baytaı Şiraz" silsiləlisindən olan bu elegik fraqment incə reverans kimi qəbul edildi.
Əzizə, Vaqif Mustafazədənin əvəzolunmaz əsərlərindən biri olan - "Muğam" ı ifa etməyi unutmadı. Kompozisiyanın duet (royal və kontrabas - T.M. ) izahı yenə çox tutumlu şəkildə solo royal üçün uyğunlaşdırılmışdı, hansı ki, tamaşaçıların sakitləşməsinə və şərik olmasına qətiyyət maneə deyildi. Təsadüfi deyil ki, Vaqif ideyasının əsas həlli məhz caz ifaçısında Azərbaycan muğamının meditativ düşüncəsidir.
Kompozisiyanın bu cür emosional-ideya yönümü müəyyən ifaçılar üçün bəzi bədii çətinliklər yarada bilər. Bu baxımdan Əzizə, özünün ifaçılıq missiyasını yüksək səviyyədə yerinə yetirdi.
Bis olaraq isə pianoçunun ifasında müəllifi olduğu pyeslərlə bahəm Vaqifin əbədi "Martı" da səsləndi.
Turan Məmmədəliyeva