Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Mark Törner &Aleksandr Maşinin Qrupu ZJAZZ Kvarteti
"Volcano" Qrupuİrina Rodiles
Emil İbrahim və DostlarıSevda Ələkbərzadə

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

Relizlər

2007-ci il 10 iyun tarixli Press-Reliz Festivalın dünənki proqrammı çərçivəsində Caz Mərkəzində daha bir konsert oldu. Yaşıl Teatrda və Filarmoniyadakı tədbirlərdən dolayı isə Caz Mərkəzində iştirak edə bilmədim.
Bərabər zamanda Anar Yusifovun "Orient Exspress" qrupu çıxış edirdi. Bakı Caz Mərkəzində tamaşaçı ilə dolu zalı nəzərə alsaq, güman etmək olar ki, "orientçi"lərin yeni proqrammı qrupun pərəstişkarlarında böyük maraq oyadıb.
Bazar axşamı Əzizə Mustafazadənin mətbuat konfransı ilə başlandı. Festivalın əsas qonağı sayılan bu xanımın ünsiyyətinin geniş stenoqramı saytımızda dərc olunacaq.
Həmin günə təyin olunmuş ilk konsert proqramı gənc iştirakçı İsfar Sarabskinin idi. İsfar, caz səhnəsinə ilk dəfə ötən ilin martında - Tofik Cabbarovun hər il keçirdiyi zərb alətləri şousunda çıxış etmişdi.
Az müddət sonra Caz Mərkəzində solo konsertlə, daha sonra isə ötən ilin keçirilən caz festivalın gənclər proqramında çıxış etmişdi. İsfarın epizodik şəkildə verdiyi konsertlər yox, məhz işgüzarlığı və nəticədə topladığı təcrübə təşkilat komitəsinə əsas verdi ki, bu ilki festivala dəvət alsın.
Festivala xüsusi hazırlışın gənc musiqiçi tamamilə yeni proqramla çıxış etdi. Şübhəsiz ki, bu faktın özü gənc pianoçu üçün şərəf idi. Əsl sənətçi isə tamaşaçılarla bahəm xidmət etdiyi işinə də hörmətlə yanaşmalıdır.
İsfarla eyni səhnəni uzun müddətdir ki, uğurla əməkdaşlıq etdiyi cazmenlər – Ruslan Hüseynov (bas), Tofik Cabbarov (perkussiya) və Sergey Krasnyanski (zərb), habelə milli musiqi ifaçılığında tanınmış simalar – usta nağara ifaçısı Natiq Şirinov (zənnimcə, indi onu perkussiyaçı adlandırmaq daha düzgün olardı) və gənc qarmon ifaçısı Orxan Mirzəyevlə paylaşırdılar.
İsfarın çıxış proqramını caz standartları (xüsusilə məhşur Maysl mövzusu olan "All Blues" traktovkasını qeyd edərdim) ilə yanaşı bu standartlar çərçivəsinə "yerləşdirdiyi" Azərbaycan melodiyaları təşkil edirdi. Təkcə özünün müəllifi olduğu və Natiqlə birgə ifa etdiyi bir lirik əsərdən başqa. Digər səslənmiş əsərlər səs və tempin yüksək tamlığı ilə seçilirdi. İsfarın çıxış zamanı üz ifadəsini izləmək çox maraqlı idi. Adi həyatda bir qədər utancaq olan musiqiçi səhnədə tam mənası ilə başqalaşmışdı: üzündə sərtlik və təkəbbür sezilir, musiqilə yaşayır, həm özünün, həm də tərəf müqabillərinin hər bir notuna nəzarət edir.
Kvintetin sonuncu musiqi pyesinə gəlincə, proqramda ümumiyyətlə olmaması daha məqsədəuyğun idi. Çünki, publikaya işləmə qismində bu nəsnə yerində olsa belə, tənqidə tab gətirmək iqtidarında deyildi.
Təəssürat yaranırdı ki, sanki bu musiqi pyesi qarmonçu Orxan Mirzəyevə "iltizam" olaraq verililmişdi, bir-birinə bənzər üç solo partiyalar qəm-qüssədən başqa heç nə gətirmirdi.
Ümumiyyətlə, caza mənşəyindən asılı olmayaraq etnik musiqinin, özəlliklə də etnik musiqi ifaçılarının cəlbi məsələsinə olduqca ehtiyatla yanaşmaq lazımdır:
Etno-musiqiçilərin fəaliyyətləri çox zaman nota deyil (notu sadəcə olaraq bilmədiklərindən), eşitmə, duyma qabiliyyətinə əsaslanır. Bundan başqa, əksəriyyətində musiqi görüşləri kifayət qədər məhduddur. Bu faktın özü isə qərb və etnik musiqi mədəniyyətini ortaq məxrəcə gətirəcək layihələrdə uğurlu əməkdaşlığa imkan vermir. Söhbət təkcə Azərbaycan musiqisindən getmir: Problem öz-özlüyündə çox vacibdir. Festivalın bazar günkü proqramının son punktu da bu barədə düşünmək üçün əsas verdi.
Macar qrupu "Djabe"nin çıxışını Yaşıl Teatrdan filarmoniya səhnəsinə keçirmək lazım gəldi – sakitləşmək istəməyən külək səbəbindən. Filarmoniyanın kaprizli zalında yaranmış səs problemi də təəssüf ki, özünü tamlıqla göstərdi – akustika üçün yaxşı məkan olsa belə, səsgücləndirici aparaturanın tətbiqi gözlənilməz musiqiçiləri nəticələrlə üz-üzə qoyurdu. Digər tərəfdən macar komandası tərəfindən ifa olunan musiqilər öz-özlüyündə kamera məkanı üçün nəzərdə tutulmamışdı, bu qrupun musiqi əsərləri açıq meydançalar üçün daha idealdır.
Filarmoniyadakı akustika səbəbindən qrupun ümumi səslənməsində qarılışdıq vardı: alətlərin səslərini ayrı-ayrılıqda duymaq, eşitmək mümkün deyildi. Düşünürəm ki, filarmoniyada səslə bağlı yaranmış problemin əsas səbəbi səhnə üzərindəki gümbəzdir: əks olunmuş səs daim əks-səda verir.
İndii isə "Djabe" qrupu ilə birgə yerli musiqiçilərin çıxışları barədə. Hələ səfər öncəsi qonaqlar Azərbaycan musiqisilə yaxından tanışlıq və mümkün olduğu təqdirdə bizim musiqiçilərdən kiminləsə birgə çıxış etmək arzularını izhar etmişdilər.
Təbii ki, təşkilat komitəsi Macarıstanlı qonaqların arzusunu nəzərə aldı – "Djabe" ilə eyni səhnəni, elə eyni anda tarzən Malik Mansurov və nağaraçı Natiq Şirinov paylaşdılar. Qeyd edim ki, caz musiqiçilərilə əməkdaşlıq baxımından Natiq, artıq müəyyən təcrübəyə malikdir, lazımi ritmik "rəsmi" tutmağı, onu özünəməxsus şəkildə "rəngləməyi" o, həmişə bacarır. Ancaq bir az əvvəl də qeyd etdiyimiz kimi caz və etnik musiqini ümumi məxrəcə gətirmək asan deyil. Kifayət qədər tez-tez rast gəlinən haldır ki, camaatın mühakiməsinə müxtləif növ qeyri-professional və savadsız layihələr çıxarılır, harada ki, caz musiçiləri ritmik elementləri saxladıqları halda, xalq ifaçıları öz bildiklərini ifa edirlər.
Cazmenlərə növbə çatıncı, ənənəvi musiqi nümayəndələri səhnəyə sanki çıxmayıblarmış kimi susurlar. Məsələ bu ki, bənzər proyektlərdə sintez, caz və etnik sahədə musiqi biliyi, müvaftq olaraq bu kimi layihələrə tam hazırlıq məqsədilə əvvəlcədən dərin tədqiqat tələb edir, əks halda muvəffəqiyyətsizlik qaçılmazdır. (təcrübəsiz seyrçinin belə işlərdə gurultulu sevinci nəzərə alınmır). Bu axşam da sözügedən hal baş verdi – hər kəs özü üçün ifa etdi. Malik Mansurovun səhnədə narahatlığı aydın şəkildə hiss olunurdu. Hətta öz çıxışının son hissəsində macarların tapşırığı ilə melodiyanı bitirməsi belə vəziyyəti qətiyyən dəyişmədi: müxtəlif musiqi stillərini ümumi məxrəcə gətirmək mümkün olmadı. Və təəssüf ki, birgə əməkdaşlıq üçün verilmiş şansdan lazımınca istifadə edilmədi. Lakin hər bir halda xoş olmayan çıxış belə bir növ dərs idi - gələcəkdə bənzər proyektlərə daha professional yanaşılması baxımından. Natiq Şirinovla isə hər şey əksinə daha asan və uğurlu idi.
Macarların çıxışından öncə, filarmoniya zalının səhnəsi Amerika qrupu "Volkano"nun ixtiyarında idi. Onların ifasını xüsusi maraqla gözləyirdim: məsələ bu ki, musiqiçilərdən ikisi - Erik Person və Co Fonda, muasir cazın kreativ musiqiçilərilə əməkdaşlıq təcrübəsinə malikdirlər. Fonda barəsində isə geniş danışmaq olar. Çox da hündür olmayan boyu, hədsiz azart və heyranedici musiqi hissi istər konsertdə, istərsə də cem-seyşnlərdə təsirsiz ötüşmədi.
Erik, Conun və heyətin rəhbəri Yavuz Akyazıçının cem-seyşnlərdə Salman Qənbərovla yaratdıqlarını sözlə ifadə etmək sadəcə olaraq qeyri-mümkündür. Mənzərənin dolğunluğu üçün əlavə edim ki, Fondanın enerjisinə tab gətirməyən iki kontrabas sıradan çıxdı. "Volkano" qrupunun konserti ümidləri demək olar ki, həm doğrultdu, həm də yox.
Bu təəssürata güman ki, heyətin lideri Yavuz Akyazıçının həmyerlisi Səlim Səlcukun zərb ifaçısı Mett Uilsonu əvəz etməsi oldu. Pis zərbçi olmasa da, Səlçukun keçmiş rokerilik fəaliyyəti cazda açıq-aşkar hiss olunur, bu da kvartetin ümumilikdə çıxışına təsir göstərirdi, Əfsus ki, o, digər musiqiçilərə, ilk növbədə Erik Person və Co Fondaya layiqli tərəf müqabili ola bilmədi. Person və Fonda, Yavuz Akyazıçının verdiyi çərçivədə olmalarına rəğmən özlərini parlaq şəkildə ifadə edə bildilər.
Akyazıçının musiqisinin pis olduğunu demək istəmirəm, əsla. Sadəcə olaraq daha geniş potensiala malik olan bu musiqiçilərin ifasında fri-caz və ya buna bənzər kompozisiyalar dinləmək arzuolunandır.
Məqamların birində Co Fonda öz təfəkkürü ilə məni heyrətləndirdi. O, dörd notdan ibarət sadə bir frazaya sanki düzgün intonasiya vermir: ilk üç səs hər birinindən dörd ton yuxarı ifa olunur. Və burda ən gözlənilməzi: sonuncu not, hansı ki, ən çətin nöqtədə son "zərbəni endirir". Bu məqama xüsusi şərh verməyəcəyəm. Musiqiçilər məni anlayacaqlar, digər maraqlananlar üçünsə həm texniki ifa, həm də musiqiçilərin fərdi təfəkkürü baxımından izahlar vermək lazım olardı.
Rövşən Sənanoğlu