Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Billi Kobem "Culture Mix"Hayrem Bullokun Qrupu
Kler Mişelin qrupu "Elixir"Qjeqoj Karnasın "Dreams" layihəsi
"Djabe" qrupuAleksandr Oseyçuk - Janna İlmer Kvinteti

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

Relizlər

2007-ci il 9 iyun tarixli Press-Reliz Bakıda dünya sensasiyasının baş verdiyini düşünənlər yanılırlar: Djo Zavinul və Ueyn Şorterin məşhur qruplarının dirçəlişi barədə söhbət getmir.
Məşhur Bakı küləyi də festivalın qonağı oldu, bütün küləkləpə açıq Yaşıl Teatrın meydanına planlaşdırılan "ZJAZZ" kvartetinin çıxışı nəticədə M.Maqomayev adına Dövlət Filarmoniyasına keçirildi.
Səhər çağı "ZJAZZ" – ın lideri Zülfüqar Bağırov gənc musiqiçilərə və cazsevərlərə özünün ustad dərsləri verdi. Hansı ki, bu ustalıq dərsləri və caz sənətini ifaçılığıın dərkində yeni başlayan gazmenlər üçün təsirsiz ötüşməyəcəyinə ümidii artırır. Əks halda festival təşkilatçılarının əməyi "havaya sovrular".
Təəssüf ki, əvvəldən sonadək bu dərsdə iştirak edə bilmədim, lakin ara-sıra gördüklərim və eşitdiklərim təsirlənməyimə mane olmadı. Zülfüqarın Koltreynovskayanın "A Love Supreme" və Şorterovskayanın “Footprints" kimi standartlarların improvizasiyaları və melodik xəttin inkişaf nümunələrilə "şəkillənən" dəqiq və anlaşılan izahatı Caz Mərkəzinə toplaşan böyük dinləyici audtoriyasında canlı maraq oyatdı.
Bir qədər gec isə Caz Mərkəzinə festivalın Macarıstandan və Polşa olan qonaqları gəldi.
"ZJAZZ" Amerika kvartetinin dünənki, bazar günü isə "Volkano" (yenə də ABŞ) qrupunun çıxışları, eləcə də Billi Kobemin axşamkı gəlişinin nəzər alsaq, (bazar ertəsi məşhur təbil ifaçısının ustad dərsi olacaq), aydındır ki, festvalda atmosfer çox istidir, hərçənd Bakıda kifayət qədər sərindir.
Lançdan sonra Qjeqoj Karnas və rəhbərlik etdiyi "DREAMS" kvintetinin musiqiçiləri festivala akkreditə olunmuş jurnalistlər üçün kiçik mətbuat konfransı keçirdilər, daha sonra Yaşıl Teatra yollandılar. Təəssüf ki, həmin məqamda biz hələ bilmirdik ki, Bakı küləyi bizə hansı sürprizlər təqdim edəcək.
Saat 16:00-da Caz Mərkəzin səhnəsi gənc musiqiçilərin ixtiyarına verildi. Həmin gün 11 yaşlı pianoçu Fariz Əsədov ötən ilki yaş rekordunu fərqli yöndə müəyyənləşdirdi. Cazfestin ən balaca iştirakçısı isə 8 yaşlı Jasmin oldu. Kiçik proqramla çıxışından belə nəticə çıxarmaq olar ki, bu qızcığaz özünü məhz cazda daha rahat hiss edir: aksentlərin dəqiq düzülüşü, sırf caz çalğı və davranış manerası (bu yaşda çox şeyləri əzbərləmək olar, amma cazmenləri aşkar edən zahiri əlamətlərin təqlidi qeyri-mümkündür) caz bu qızın, necə deyərlər, qanındadır.
Konsertin açılışını isə artıq iki ildir ardıcıl olaraq festivalın gənclər proqramında iştirak edən gənc musiqiçilərdən ibarət "Beatle Juice" qrupu etdi. 4 pyes ifa edən qrupun tərkibində volakçı Nərgiz Mikayılova özünün ekspressiv ifa tərzilə seçilirdi. Bas ifaçısı İlyas İbrahimov da həmçinin bəyənildi. Onun gözəl intonasiya ilə ifası və səsləndirməsi xüsusilə vurğulanmalıdır. Caz musiqisinə gəlincə, bax, bunu İlyasın ifasında sezmək qeyri-mümkün idi. Bir sözlə, bu gəncləri qarşıda görüləcək çox işlər gözləyir.
Anar Yusifovun "Orient Express" qrupunun müşayətilə çıxış edən Zaur Mirzəyevin ifası üzərində xüsusi dayanmaq mənasızdır, o baxımdan ki, gənc musiqiçi heç bir yenilik nümayiş etdirmədi.
Bəzi gənc musiqiçilərin festival kimi ciddi bir layihəyə məsuliyyətsiz münasibəti bizi məyus etdi. Məhz bu münasibətdən dolayı bəzi gənclər seçim turunu keçmədilər, baxmayaraq ki, əksəriyyəti bir musiqiçi kimi artıq özlərini təsdiqləməyi bacarıblar. Lakin buna rəğmən onların proqramları təəssüf ki, heç bir tənqidə tab gətirmədi.
Qjeqoj Karnasın Yaşıl Teatrdakı konserti yarım saat gecikmə ilə başlandı. "Günahkar" isə coşğunluğunu gözləntilərimizə rəğmən belə azaltmayan Bakı küləyi idi. Nəticədə polşalı qonaqlarımızın gözəl çıxışları külək çırpıntısının mikrofonda yaratdığı gurultudan dolayı bir qədər pozulmuş səslənirdi. Lakin öz improvizasiyalarında bu mövzüya toxunmaqla Qjeqoj professionallığını bir daha təsdiqlədi : "Crazy day" kəlmələrini təkrarlamaqla o, şəhərimizin dəlisov küləyindən doğan təəssüratlarını ifadə edirdi.
Yeri gəlmişkən, yaxın yüngül geyimli musiqiçilərin çıxışın sonuna doğru tamamilə titrəmələri ümid edirəm, soyuqlama ilə nəticələnməyib. Hərçənd Caz Mərkəzdə keçən gecə cem-seyşnləri zamanı səhnənin yaratdığı həyəcan, üstəlik təqdim edilən içkilər elə müalicə üsulu saylı bilərdi.
Aydın idi ki, günün ikinci konsertini Yaşıl Teatrda keçirmək mənasız, habelə, tamaşaçılara münasibətdə insfazsızlıq olardı. Odur ki, festival təşkilatçılarının ekspromt qərarı ilə "ZJAZZ" kvartetinin çıxışı üçün Dövlət Filarmoniyası məkanına seçildi. Yeri gəlmişkən, fors-major şəraitdə bu məkanı festivalın istifadəsinə verdiyinə görə filarmoniyanın direktoru Murad Adıgözəlzadəyə xüsusi minnətdarlıq düşür.
Sözsüz ki, bu ani dəyişiklik nəticəsində konsertin ikinci hissəsinin gecikməsi təbii proses idi. İstər texniki, istərsə də bir sıra təşkilati məsələləri bir saat ərzində həlli buna haqq qazandırırdı.
Bu konsertdə Bakının bütün musiqili bomondunu görmək olardı. Təəccüblü deyil, əgər nəzərə alsaq ki, səhnəyə Qara Qarayevin nəvəsi Zülfüqar Bağırov səhnəyə çıxmışdı. Təəssüf ki, həddən artıq yorğunluq hissim konserti sonadək izləməyə mane oldu. Dinlədiklərim əsasında kollektiv barədə qiyabi dəyərləndirməm isə öz təsdiqini tapdı: axı, Berkli – brenddir.
Rövşən Sənanoğlu