Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

İrina RodilesEmil İbrahim və Dostları
Sevda ƏləkbərzadəŞahin Növrəsli
Rafiq Vəlimətov və qrupuEmil Məmmədov

22 iyun tarixli

The next, the third in a row Baku International Jazz Festival was held from the 7th of June 2007 to the 14th. As in the past years the Ministry of Culture and Tourism of Azerbaijan, the Ministry of Youth and Sport of Azerbaijan, Friends of Azerbaijan Culture Foundation and Baku Jazz Center were the organizers of the Festival...>>>

Relizlər

2007-ci il 8 iyun tarixli Press-Reliz 8 iyun. Günün başlanğıcında festival proqramında nəzərdə tutulan ilk ustad dərsləri baş tutdu. Caz dərsi Moskvadan olan qonaqlar – Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professoru, saksafonçu Aleksandr Oseyçuk və onun tələbəsi, hazırda isə səhnə həmkarı və Qnesilər adına təhsil ocağının dosenti Janna İlmer tərəfindən keçirildi.
Lazım olan fraqmentlərin nümayişinin zəruriliyi baxımından "Green Wave" kollektivinin digər üzvləri – pianoçu Rodion Qoborov, basçı Andrey Aminov və təbilçi Aleksandr Zinqer də iştirak edirdilər. Ustalıq dərslərinin incəliklərinə varmasam da, vacib bir məqamı qeyd edəcəyəm. Maestro Oseyçuk alətdə ifanın sürətinə, tempinə yox, ifadə vasitələri axtarışına və onların müvəffəqiyyətli təsbitinə xüsusilə diqqət yetirirdi.
Ümid edirəm ki, təcrübəli ustadların məsləhətlərini cazda ilk addımlarını atan gənc Azərbaycan musiqiçiləri qulaqardına vurmayacaqlar.
Cəmi bir neçə saat sonra Bakı Caz Mərkəzinin səhnəsi gənc musiqiçilərin ixtiyarına verilmişdi, əlbəttə ki, Bakı Caz bomondundan tanınmuş musiqiçilərin dəstəyilə.
Proqramın açılışı vokalçılar Leyla Səlimova və Lalə Səfərlinin ifaları ilə başlandı. Qeyd edək ki, hər ikisi seçim turunu keçərək ilk dəfə festivalda iştirak etmək hüququnu qazanıblar. Hərçənd Leyla ötən ilki festivalda müsabiqədən kənar iştirak edirdi. Bu, həmin qızdır ki, H.Əliyev adına Sarayın səhnəsində El Cerrou ilə duet oxumaqdan çəkinmədi. Leyla və Lalə əvvəlcə duet, daha sonra isə solo şəklində oxudular.
Leyla barədə fikirlərim dəyişməyib: qızın vokal imkanları həqiqətən də gözəldir, ancaq təbiətin bəxş etdiyi güclü potensialı inkişaf və realizə etdirmək üçün çoxlu, hətta bəzən bezdirici bir surətlə çalışması lazımdır. Ümid edirik ki, Leylanın buna səbri çatacaq.
Lala Səfərovaya gəlincə, nələrisə öncədən proqnozlaşdırmaq bir qədər çətindir. Leyladan fərqli olaraq, onun, professonal pedaqoqlarla texniki aspektlər üzərində çalışması tələb olunur.
Leyla öz çıxışında gənc ifaçılar arasında daha da populyarlaşan "Angel Eyes" mahnısını təqdim etdi. Xatırladım ki, cari ilin yanvar ayında keçirilən gənc cazmenlərin konsertində bu mahnını Cahan Əzimzadə ifa etmişdi.
Proqramın ikinci nömrəsində Riad Məmmədovun adı çəkilirdi. Gənc pianoçunun enerjisi istənilən qədər olsa da, caz pianoçusu kimi inkişafının bir qədər ləngiməsi təəssüratı yaranırdr.
Yəni, potensialla bahəm sanki maneələrin də mövcudluğu hiss olunurdu. Riad Məmmədovun ifasında proqrama iki pyes əsasında səslənmiş kompozisiyanın təhlilini aparmağın səmərəsizliyi həm də material azlığındandır. Bu maneəni isə ilk növbədə Riad özü aradan qaldırmalıdır - əgər o, özünün zəif nöqtələrini tapa bilərsə, az zaman çərçivəsində səhvlər üzərində aparılan düzəlişlər daha da məhsuldar olar.
Növbəti çıxış da ümidləri doğrultdu - Aysel Quliyeva həmişəki kimi gözəl çıxışı ilə yadda qaldı. Əgər ötən ilki festivalda onun ritm-seksiyası o qədər də peşəkar səviyyədə deyildisə, bu dəfə Ruslan Hüseynov (bas) və Sergey Krasnyanski (təbil) kimi professional musiqiçilərlə birgə çıxışı Ayselin inkişafının təzahürü idi. Bu parlaq ifanı artıq potensil yox, ifa etdiyi əsərlərə daha kamil yanaşma adlandırmaq olar. Əgər o caz səhnəsindən getməyi qərarlaşdırmasa, gələcəyi şübhəsiz ki, çox yaxşı olacaq. Onunçün aşılması çətin olan problem isə gələcək yolun seçimidir, özü də təkcə musiqi sahəsində yox. Sonra növbə saksafonçular Elçin Hüseynli və İlham Əsədova çatdı. Onları İsfar Sarabskinin Ruslan və Sergey Krasnyanskidən ibarət triosu müşayət edirdi. Yaş etibarilə İsfar, festitvalın gənclər proqramında çıxış etməli idi. Lakin onun yaradıcılıq potensialı bəzi güzəştlər etməyə haqq qazandırır, yəni, təcrübəsi yaşını üstələməsi baxımından. Ayın 10-u İsfar, festivalda öz proqramı ilə çıxış edəcək.
Gənc ifaçıların proqramına gəlincə, hər şey yerində idi: saksafonçuların dəqiq və azart ifaları gözəl müşayətlə dəstəklənirdi (başqa cür ola da bilməzdi), hansı ki, eyni zamanda bu, Elçin və İlhama öz imkanlarının nümayişi üçün kömək idi.
Saksafonçular səhnəni tərk etdikdən sonra İsfar, hüdudsuz azartının təzahürü olaraq proqramdan kənar bir pyes ifa etməyi qərarlaşdırdı. Bu məqamda zalda olan moskvalı qonaqlarımız, xüsusilə də Janna İlmerin İsfarın çıxışına yönəltdiyini diqqəti xüsusilə qeyd etmək olar.
Xatırladım ki, İsfar Sarabskinin festivildakı çıxışı iyunun 10-u Caz Mərkəzində olacaq.
Qısa fasilədən sonra səhnəni "Green Wave" qrupu paylaşdı. Qeyd edim ki, festivalın təşkilat komitəsinə məhz bu heyətin iştirakı Bolşoy Teatrın solisti, əslən və ruhən bakılı Stanislav Süleymanov tərəfindən tövsiyyə olunmuşdu. Və çox təəssüf buna görə artıq heç vaxt əyani şəkildə minnətdarlıq edə bilməyəcəyik. Aleksandr Oseyçukun sözlərinə görə, festivaldan az müddət əvvəl Stanislav Süleymanov vəfat edib. Yaxşı insanların bizi həmişəlik tərk etməsi çox kədərlidir. Aleksandr Oseyçukun Bakı səfəri olduqca gərgin keçdi. Xatırlayırsınızsa, gəlişinin elə ilk günü festivalın açılışında çıxış etdi. Növbəti günün səhəri ustad dərslərinə başladı, nahardan sonra jurnalistlər üçün mətbuat konfransı, harada da demək olar ki, 40 dəqiqə "işgəncə"lərə məruz qaldı, axşam isə öz tələbələri ilə səhnəyə çıxdı. Bundan başqa cem-seyşndə iştirakdan dolayı qrup üzvləri Caz Mərkəzini gecədən xeyli sonra tərk etdilər.
Kvintetin proqramına Aleksandr Oseyçukun "İthaf" adlı albomundan əsərlər daxil edilmişdi. İlk səslənən isə müəllifin Brenford Marsalisə həsr olunmuş "Brenford" kompozisiyası oldu. Çox təəssüf ki, mənə bu gözəl heyətin çıxışından yalnız parçalar dinləmək nəsib oldu – hadisələrin gedişatı zamanı təşkilati xarakterli bəzi məsələlərin həlli və çıxışın sonunu gözləmədən Caz Mərkəzindən Opera və Balet Teatrına yollanmaq lazım idi.
Onu qeyd etmək istərdim ki, Aleksandr Oseyçukun "Green Wave" qrupu və Janna İlmerin çıxışları festivalın keçirildiyi üç il ərzində ən yaxşılarından biri sayıla bilər. Odur ki, festivalın başlanğıcı baş tutdu.
Axşam isə Opera və Balet Teatrında bakılıların qarşısında Əzizə Mustafazadə çıxış etdi, hansının ki, onun doğma Bakıya səfərini festival düzənləyənlərinin bakılılara gözəl hədiyyəsi idi.
Mənsə festivalın təşkilat komitəsinə atıldığıma görə, taleyimi lənətləyirdim. Çünki bu gecəni pərdə arxasında olmağım zərurətindən konsertdən tam zövq ala bilmədim, həm pərdə arxısından ifa tamamilə fərqli səsləndiyindən, həm də məni daim ora-bura dartdıqlarından. Söz verirəm ki, Əzizənin konserti sabahkı press-relizdə daha ətraflı əks olunacaq. Vaqif Mustafazadə yaradıcılığının tədqiqatçısı Turan xanım Məmmədəliyeva da gecədən doğan təəssüratlarını oxucularla bölüşməyə düşünürəm etiraz etməz.
Konsert əlbəttə ki, çox unikal idi: doğma şəhərin və bakılıların xiffətini çəkmiş Caz şahzadəsinin nəzərdə tutulmuş saat yarımlıq konserti iki saat yarımadək davam etdi – seyrçilər sadəcə olaraq onu səhnədən buraxmırdılar. Əzizə nəhayət o zaman çıxışını sona yetirdi ki, artıq gücü qalmamışdı - nə emosional, nə də fiziki...
Hərçənd mümkündür ki, tamaşaçıların əllərinə onun rəhmi gəldi – gurultulu alqış "qasırğası" bir az davam etsəydi, qədim Opera teatrının divarların tamamilə "dağılacaqdı".
Rövşən Sənanoğlu