Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Hayrem Bullokun QrupuDeniz Canna
Qjeqoj Karnasın "Dreams" layihəsi"Djabe" qrupu
Kler Mişelin qrupu "Elixir"Aleksandr Oseyçuk - Janna İlmer Kvinteti

22 iyun tarixli

The next, the third in a row Baku International Jazz Festival was held from the 7th of June 2007 to the 14th. As in the past years the Ministry of Culture and Tourism of Azerbaijan, the Ministry of Youth and Sport of Azerbaijan, Friends of Azerbaijan Culture Foundation and Baku Jazz Center were the organizers of the Festival...>>>

Relizlər

2007-ci il 7 iyun tarixli Press-Reliz Beləliklə, Bakı Beynəlxalq Caz Festivalı – 2007 açıqdır. Açılış mərasimi 7 iyun tarixində, paytaxtın ən gözəl və bakılıların ən çox sevdiyi konsert meydançasında – Yaşıl Teatrda baş tutdu.
Qeyd etmək istərdim ki, Yaşıl Teatrın açılış mərasimindən sonra bu, faktiki olaraq ilk konsertdir, təbii ki, rəsmi tədbiri nəzərə almasaq. Düşünürəm ki, məhz bu səbəbdən səs rejissorları və texniklər səsin qurulmasında azacıq gecikiblər, o baxımdan ki, bu səhnə ilə hələ yaxşı tanış deyildilər. Təsadüfi deyil ki, aparaturaların qurulması və sazlanması prosesi iyunun 6-da, gec saatlarında mümkün olub. Həmçinin mükəmməl və sözün yaxşı mənasında hadisə yaratmaq da mümkün olmadı, son kələ-kötür qüsurların hamarlanması səbəbindən festivalın açılışı haç də asan əziyyət bahasına olmadı. Lakin hər şeyə rəğmən səstutanlar yaranmış vəziyyətqən ləyaqətlə çıxdılar. Hərçənd onlar üçün yeni olan meydançaya uyğunlaşma prosesi demək olar ki, konsertin ortasınadək davam edirdi.
Konsert nağara ifaçısı Natiq Şirinovun rəhbərlik etdiyi "Ritm" qrupunun çıxışı ilə başlandı. Bu, əlbəttə ki, tam caz olmasa da, açılış bayramına son dərəcə emosional ton qatırdı.. Elə Natiq üçün bu caz bayramı ilk deyildi - daha öncələr də o, Azərbaycan cazmenlərinin layihələrində çıxış etmişdi. Söhbət Salman Qənbərovun "Lətif" layihəsindən, eləcə də ötən ilin dekabrında Emil İbrahimin triosu ilə birgə Belçikadakı çıxışından gedir. Bundan başqa, onun "Bakı Caz Festival – 2005"-ın cemseyşnlərdəki iştirakını cazsevərlər hələ də xatırlayırlar. Bu il isə Natiq Şirinov festvalın ən gənc iştirakçısı İsfar Sarabski ilə birgə çıxış edəcək. Konsert çox maraqlı olacaq. İsfarın rəhbərlik etdiyi kvartetin Natiqlə bir neçə məşqlərində gördüklərim bunu deməyə əsas verir.
Festivalın açılış gecəsində İsfar və Natiq duet şəklində çıxış etdilər. Evə döndüyumdə mən mobilimi enerji yığımına qoydum (aramsız zənglərdən telefon demək olar ki, "ölmüşdü"), telefona İsfarın ifası haqda epitetli tərif SMS-i gəlmişdi. Natiq və İfsardan sonra səhnə çox gənc musiqiçilərin ixtiyarına verilmişdi. 12 yaşlı pianoçu Fariz Əsədovu Bakı cazsevərləri artıq tanıyırlar – ötən il keçirilən caz festivalın gənclər proqramında iştirakından. Bu il o, yenə də trioda, ancaq bu dəfə daha təcrübəli musiqiçilərin dəstəyilə çıxış etdi. Trio üzvlərilə bahəm səhnəyə kiçicik skripkaçı 8 yaşlı Turan da çıxmışdı. Odur ki, Fariz, çox gənc yaşda özünü müşayətdə də göstərmək imkanını əldə etdi. Turanın səhnəni tərk edişindən sonra trionun ifasında daha bir əsər – "Monko" səsləndi.
Gecəni gənc, ancaq təcrübəli pianoçu Emil Məmmədov əvəz etdi. Onun hesabında praktiki olaraq bütün caz festivallarda iştirak var. Bu axşam isə o, solo olaraq çıxış edirdi.
Növbə daha bir istedadlı pianoçu – Şahin Növrəsliyə çatdı. O, çoxdankı dostu, son Bakı festvallarının iştirakçısı, ABŞ-dan olan bas ifaçısı Naytan Peklə birgə çıxış etdi. Yeri gəlmişkən, festivaldan dünyada ən nüfuzlu caz festivalın seçim turunun yarımfinalına Şahinin vəsiqə qazanması barədə bir neçə gün öncə Montredən məlumat gəlmişdi.
Şahin və Neytandan sonra saksofonçu Akif Süleymanbəylinin rəhbərlik etdiyi "Emotion" qrupu "Smooth jazz" kompozisiyasının ifası üçün səhnəyə buyurdu.
Festivalın prodüsseri Emil İbrahimin heyəti (Emil Həsənov – bas-gitara, Vaqif Əliyev - zərb), habelə doğma şəhərin qonağı, hazırda Slovenyada yaşayan, ancaq mütəmadi olaraq vətənə gələn Fuad Süleymanzadənin çıxışları da maraqla qarşılandı. Gecəni tamamlamaq səlahiyyəti moskvalı qonaqlar - Aleksandr Oseyçukun rəhbərliyilə "Green Wave" qrupu və onlarla birgə çıxış edən saksafonçu xanım Janna İlmerə verilmişdi.
Oseyçukun bütün reqaliyasını saymaq səmərəsiz bir iş olduğundan onun barəsində informasiyanı saytımızdan oxumağınız məsləhətdir. Onu da qeyd edim ki, Aleysandr Oseyçuk yaxın keçmişdə Rusiya Bəstəkarlar İttifaqının üzvlüyünə qəbul edilib. Festivalın Təşkilat Komitəsi imkandan istifadə edərək "Yaşıl Teatra" toplaşan bütün Bakı cazsevərləri adından qonağı təbrik etdi.
Xatırladım ki, kvartetin təbil ifaçısı Aleksandr Zinqer Bakıya səfəri təxminən bu yaxınlarda, sentyabr ayında, Anatoli Krollun rəhbərlik etdiyi kvartet heyətində gəlmişdi. Həmin kvartetdə həmçinin şəhərimizə gələn Oseyçukun tələbəsi, saksafonçu Timur Nekrasovun da ifası çox yaxşı təəssüratlar oyatmışdı.
Qonaqlarımızın festvalın açılışındakı ifasına gəlincə, onlar özlərinin yüksək dərəcəli bir musiqiçi olduqlarını təkrarən təsdiqlədilər. Bu günsə onların saat 11:00-da keçirəcəkləri ustad dərslərini, həmçinin Bakı Caz Mərkəzində, saat 18:30-da baş tutacaq konsertlərini səbirsizliklə gözləyirəm.
Ətrafında həqiqətən də inanılmaz ajiotaj yaradan konsert isə Opera və Balet Teatrında keçiriləcək Əzizə Mustafazadəyə məxsusdur.
Festivalın ilk iş gününü cemseyşnlər tamamlayacaq.
Rövşən Sənanoğlu