Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

"Djabe" qrupuƏzizə Mustafazadə
Billi Kobem "Culture Mix"Hayrem Bullokun Qrupu
Deniz CannaQjeqoj Karnasın "Dreams" layihəsi

22 iyun tarixli

The next, the third in a row Baku International Jazz Festival was held from the 7th of June 2007 to the 14th. As in the past years the Ministry of Culture and Tourism of Azerbaijan, the Ministry of Youth and Sport of Azerbaijan, Friends of Azerbaijan Culture Foundation and Baku Jazz Center were the organizers of the Festival...>>>

Relizlər

2007-ci il 23 may tarixli Press-Reliz İyin ayının 7-də Azərbaycanın paytaxtı Bakıda növbəti Baku International Jazz Festival start götürür. Festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir. Əvvəlki festivallardakı kimi, bu festivalda da birinci dərəcəli beynəlxalq caz ustaları iştirak edəcəklər. Qeyd etmək lazımdır ki, ildən ilə Festivalın səviyyəsi artır – bu barədə ən azı iştirakçılarının siyahısı xəbər verir. İlk dəfə Festivalın iştirakçıları sırasında 11 xaricdən gələn kollektiv iştirak edir. İlk dəfədir ki, Festivalın çərçivəsində 6 master-klass keçirəcək. Festival konsertləri Opera və Balet Teatrı, Bakı Caz Mərkəzi, Filarmoniya və Yaşıl Teatrın səhnələrində baş keçiriləcək. Ənənəvi olaraq, hər gecə Caz Mərkəzində cemseyşnlar keçiriləcək – bu il onlar çox maraqlı olacaqlar. Bundan başqa Caz Mərkəzində misilsiz səs keyfiyyətinə malik olan ən müasir avadanlıq quraşdırılıb. Əlavə olaraq qeyd etmək lazındır ki, bu Festival-2007 konsertlərinə biletlərin qiymətləri keçən ilə nisbətən çox aşağıdır. Festivalın təşkilatçıları bakılılar və şəhərimizin qonaqları üçün sürpriz hazırlayıblar: Opera və Balet Teatrın səhnəsində solo konserti ilə Əzizə Mustafazadə çıxış edəcək.

Keçən il olduğü kimi, Festivalın Yaşıl Teatrda keçiriləcək açılışına bütün bakılılar dəvət olunur. Qala-konsertin saat 21:00 başlayacaq.

İyunun 8 və 9-da Bakı Caz Mərkəzinin səhnəsinə gənc caz ifaçıları çıxacaqlar. 18:30-da Caz Mərkəzinin səhnəsində ən tanınmış Rusiya caz ustalarından olan, Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professoru, Rusiyanın əməkdar artisti saksafonçu Aleksandr Oseyçuk öz kvarteti ilə çıxış edəcək. Oseyçukun kvarteti ilə birgə həmin təhsil ocağının dosenti saksafonçu Janna İlmer çıxacaq. Saat 21:00 də isə Opera və Balet Teatrın səhnəsində doğma şəhərimizdə çoxdan gözlənilən, dahi caz pianoçu və bəstəkar Vaqif Mustafazadənin qızı Əzizə solo konserti ilə çıxış edəcək.

İyunun 9 Festivalın əsas tədbirləri Yaşıl Teatrda olacaq. 18:30-da səhnəyə Avropanın ən güclü caz məktəblərindən biri olan Polşa caz məktəbinin nümayəndəsi, sket-vokalçı Qjeqoj Karnas öz kvinetei ilə çıxacaq. Saat 21:00 Yaşıl Teatrın səhnəsi ABŞ-dan gələn ZJAZZ kvartetinin ixtiyarına veriləcək. Kvartetin rəhbəri – dahi bəstəkarımız Qara Qarayevin nəvəsi Zülfüqar Bağırovdur. Kvartetin bütün üzvləri məşhur Berkli caz kolecinin məzunlarıdırlar. Anar Yusufovun "Orient Xpress" qrupunun çıxışı Caz Mərkəzində saat 19:30-da olacaq. Qrupun yeni proqramı çoxlu sürpizlər vəd edir: qrupun heyətində Nigeriyalı qonaqlar olacaq və ORİENT EXPRESS-in ifasında Şur muğamın əsasında yazılmış eyni adlı kompozisiya səslənəcək

İyunun 10-də saat 16:00-da Caz Mərkəzində Festivalın ən gənc iştirakçısı İsfar Sarabski caz həvəskarlarına yeni proqramını təqdim edəcək. Qrupun tərkibində caz musiqiçilərindən başqa məşhur nağaraçı Natiq Şirinov çıxış edəcək. 18:30-da Filarmoniyanın səhnəsinə Nyu-Yorkda fəaliyyət göstərən Volcano kvarteti çıxacaq. Kvartetin rəhbəri ABŞ-da yaşıyan gitaraçı Yavuz Akyazıçıdır. Qeyd etmək lazımdır ki, kvartetin bütün musiqiçilərinin çoz zəngin təcrübələri var. Saat 19:30-da Caz Mərkəzinin səhnəsində gitaraçı Rafiq Vəlimətov rəhbərlik etdiyi caz ansamblının çıxışı olacaq. 21:00-da isə Yaşıl Teatrda macar cazının aparıcı heyətlərindən olan Djabe qrupu çıxacaq. Bu qrup özündə caz, macar musiqisini və dünya musiqisinin elementlərini birləşdirən musiqi ifa edir.

İyunun 11-də dünya caz tarixinin ən məşhur zərbçilərdən biri olan Billi Kobem Caz Mərkəzində master-klass keçirəcək. Həmin günün konsert proqramı isə Yaşıl Teatrda keçəcək. Əvvəlcə səhnəyə Moskvadan gələn MosGorTrio (Yakov Okun – royal, Aleksandr Maşin – zərbçi, Anton Revnyuk - bas) çıxacaq. Onlarla bir yerdə tanınmış və çox təcrübəli amerika saksafonçusu Mark Törner çıxış edəcək. Sonra isə səhnəyə Festivalın prodüseri və Bakı Caz Mərkəzinin art-direktoru Emil İbrahim və onun dostları çıxacaqlar. Bu heyətin tərkibinə ənənəvi olaraq Aleksandr Maşin da daxildir.

İyunun 12-i caz həvəskarları üçün ən çətin günlərdən biri olacaq: bu günə üç konsert planlaşdırılıb. Saat 18:30 Filarmoniyanın səhnəsinə Fransadan gələn Kler Mişelin (saksafon və vokal) kvarteti çıxacaq. Kvartet akustik cazla müasir elekton musiqisinin ahəngi olan Nu Jazz üslubunda aid olan musiqi ifa edir. Kler Mişeldən sonra səhnəyə Şain Növrəsli çıxacaq – onun triosuna bakı caz pərəstişkarlarına yaxşı tanış olan Neytan Pek (bas) və Aleksandr Maşin (zərb alətləri) daxildirlər. Amma şübhəsiz ki bu günün mərkəzi konserti Yaşıl Teatrda olacaq: saat 21:00 Billi Kobem tamaşıçılara özünün Culture Mix layihəsini təqdim edəcək. Bu musiqiçinin misilsiz texnikası, kvintetin enerji dolu güclü musiqisi Festivalın əsl yaraşığı olacaq. Caz həvəskarları əfsanəvi Maxavişnu Orkestrinin zərbçisi və Mayls Devisin caz-rok üslubunun Bitches Brew klassik sessiyasının iştirakçısı Billi Koblemlə görüşü səbirsizliklə gözləyirlər.

Festivalın növbəti günündə Filarmoniyanın səhnəsində iki konsert keçiriləcək. 18:00 da sənhə Hollandiyalı vokalçı Deniz Cannanın ixtiyarına veriləcək. Bu təcrübəli ifaçının üç albomu caz dünyasında ən nüfuzlu səsyazma şirkətlərindən biri olan Blue Note şirkətində işıq üzü görmüşdür. Ondan sonra isə Filarmoniyanın səhnəsində pianoçu Emil Məmmədov çıxış edəcək. Saat 21:00 Yaşıl Teatrda səhnəyə amerikalı gitaraçı Hayram Bullok çıxacaq. Onun aktivində onlarla disk və bütün dünyada konsert çıxışları var. Bullokun konsertlırində adətən yüksək enerjili fank üslubunda musiqi ifa olunur.

Və, nəhayət, iyunun 14-də Yaşıl Teatrda növbəti Baku International Jazz Festival-ın bağlanış konserti keçiriləcək.

Baku International Jazz Festival haqqında ən təzə və dəqiq məlumatla Festivalın rəsmi saytında www.festival.jazz.az tanış olmaq olar – burada hər gün press-relizlər və bütün festival tədbirlərindən fotolar təqdim olunacaq. Bundan başqa Festival AzTV-da işıqlandırılacaq – bu kanalda hər gün Festivalın gündəliyi efirə çıxacaq.