Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Qjeqoj Karnasın "Dreams" layihəsi"Djabe" qrupu
Aleksandr Oseyçuk - Janna İlmer KvintetiMark Törner &Aleksandr Maşinin Qrupu
ZJAZZ Kvarteti"Volcano" Qrupu

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

İştirakçılar

Anar Yusufovun "Orient Xpress" qrupu (Azərbaycan)

Anar Yusufovun "Orient Xpress" qrupu

Anar Yusufov - sintezator, Vokal
Mixail Altuxov - gitara
Fuad Babyev - bas
Emil Aliyev – zərb alətləri

Proqramım qonaqları:
Tofiq Cabarov – perkussiya (Azərbaycan)
Bello Ayodeji - Vokal (Nigeriya)
Bello Abayomi - Vokal (Nigeriya)

"Oriyent Express" qrupu 2003-cü ildə Anar Yusufov tərəfindən yaradılıb və dərhal Bakı caz səhnəsinin tərkib hissələrindən biri olmuşdur. Konsert, tele və radio verilişlər, musiqi festivallarında tez-tez çıxış edərək, qrup orijinal aranjimanda müxtəlif musiqi cərəyanların qarışığı olan müasir musiqi layihəsi adını qazanır.
Anar Yusufov 1987-ci ildə anadan olub, və artıq 8 yaşında əfsanəvi QAYA caz kvartetinin solisti Rauf Babayevin yaratdığı "Bəri Bax" ansamblında çıxış etməyə başladı. Musiqi təhsili Mstislav və Leopold Rostropoviçlərin adını daşıyan 21 saylı musiqi məktəbində başladı, sonra isə Bakı Musiqi Akademiyasını caz bölməsinin ilk tələbəsi olmuşdur. Bakıda keçirilən müxtəlif caz tədbirlərinin daimi iştirakçısıdır. 2003-cü ildə Bakı Biq Bənd layihəsinin iştirakçısı, həmin il "Oriyent Express" qrupunu yaradır və qrup Bakıda keçirilən bütün caz festivalların daimi iştirakçısı olur.
Festivalda qrup fri caz, fyujn, elektron və etno musiqinin qarışığı olan öz pyeslərini təqdim edəcək.

Vaxt Tarix Məkan Qiymət, AZN
19:30 9 iyun Bakı Caz Mərkəzi 10