Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

"Djabe" qrupuƏzizə Mustafazadə
Billi Kobem "Culture Mix"Hayrem Bullokun Qrupu
Deniz CannaQjeqoj Karnasın "Dreams" layihəsi

22 iyun tarixli

The next, the third in a row Baku International Jazz Festival was held from the 7th of June 2007 to the 14th. As in the past years the Ministry of Culture and Tourism of Azerbaijan, the Ministry of Youth and Sport of Azerbaijan, Friends of Azerbaijan Culture Foundation and Baku Jazz Center were the organizers of the Festival...>>>

İştirakçılar

Emil Məmmədov (Azərbaycan)

Emil Məmmədov

Emil Məmmədov – fortepiano
Şirzad Fətəliyev - balaban
Ruslan Hüseynov - bas
Elvin Bəşirov - zərb alətləri

Böyük ümidlər verən gənc istedadların səhnədə artıq tanınmış peşəkar ifaçılarla birlikdə çıxış etdiklərini görəndə yaşlı musiqiçilərin qəlbində qürur və caz musiqisinin gələcəyinə inam duyğuları yaranır. Belə ümidverici gənclərdən biri də müstəsna fitri istedada malik olan və daim irəliyə can atan pianoçu Emil Məmmədovdur (27.06.1982).
Konsert salonlarında klassik əsərləri əla ifa edən bu pianoçunun Qara Qarayev, Niyazi, Fərhad Bədəlbəyli və Azərbaycanın digər dahi musiqiçilərinin ləyaqətli davamçısı olacağı güman edilir. Bakı Dövlət Filarmoniyasının nümunəvi tələbələrindən biri olan Emil özünün əməksevərliyi və fitri istedadı sayəsində müəllimlərinin və peşəkar musiqiçilərinin rəğbətini qazanmışdır. E.Məmmədov hələ çox gənc olsa da, caz ifaçıları arasında məşhurdur.
Emil Məmmədov Bakıda keçirilən bütün caz festivalların iştirakçısıdır. 2006-cı ildə Macarıstanın paytaxtı Budapeştdə çıxış etmişdir.

Vaxt Tarix Məkan Qiymət, AZN
21:00 13 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası 10-20