Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Aleksandr Oseyçuk - Janna İlmer KvintetiMark Törner &Aleksandr Maşinin Qrupu
ZJAZZ Kvarteti"Volcano" Qrupu
İrina RodilesEmil İbrahim və Dostları

22 iyun tarixli

The next, the third in a row Baku International Jazz Festival was held from the 7th of June 2007 to the 14th. As in the past years the Ministry of Culture and Tourism of Azerbaijan, the Ministry of Youth and Sport of Azerbaijan, Friends of Azerbaijan Culture Foundation and Baku Jazz Center were the organizers of the Festival...>>>

İştirakçılar

Şahin Növrəsli (Azərbaycan)

Şahin Növrəsli

http://shahinnovrasli.jazz.az

Şahin Növrəsli - fortepiano
Natan Pek – kontrabas
Aleksandr Maşin – zərb alətləri
Arslan Növrəsli – tar
Nurlan Növrəsli - kamança
Tofiq Cabbarov – perkussiya

Çox böyük musiqi potensialına malik olan gənc pianoçu Şahin Növrəsli qısa müddətdə caz musiqisinin mahiyyətini və onun rəngarəng imkanlarını dərindən mənimsəyərək ən incə zövqlü caz bilicilərinin və peşəkarların qəlbini fəth edə bilmişdir.
Şahin Növrəsli 1977-ci il fevralın 10-da Bakı şəhərində anadan olmuşdur. Şahin hələ 3-4 yaşlarında ikən bu uşağın musiqiyə böyük marağını və musiqi qabiliyyətinə malik olmasını hiss edən valideynləri onu 5 yaşında ikən musiqi məktəbinin fortepiano sinfinə qəbul etdirirlər. Lap kiçik yaşlarından konsertlərdə çıxış edərək həm öz müəllimlərinin, həm də dinləyicilərin diqqətini cəlb edən Şahin 11 yaşında olanda Azərbaycan Dövlət Filarmoniyasında Faiq Mustafayevin rəhbərlik etdiyi simfonik orkestrin müşayiəti ilə Azər Rzayevin c-dur konserti ilə çıxış etmişdir. Bu gənc ifaçının istedadı mübahisəsiz olduğundan, Şahin öz müəllimlərinin təkidi ilə təhsilini Bülbül adına musiqi məktəbində davam etdirdi.
Təhsil aldığı dövrdə klassik musiqi ilə dərindən və ciddi məşğul olan Şahin Növrəsli Bax, Bethoven, Motsart, Şopen və Raxmaninovun əsərlərini yüksək ustalıqla ifa edirdi. Həmin illərdə o, "Gənc pianoçu" müsabiqəsinin qalibi olmuş, bir sıra digər musabiqə və festifallarda uğurlu solo konsertləri vermişdir. 1995-ci ildə keçirilən belə müsabiqələrin birində Raxmaninovun ikinci konsertini ifa etmiş Şahinin çıxışı münsiflər heyəti tərəfindən ən yüksək qiymətə layiq görülür.
Lakin Şahini hələ kiçik yaşlarından maraqlandıran caz musiqisi, rəngarəng improvizasiya və harmoniyalar onu get-gedə daha güclü cəzb etməyə başlayır. Məlum olduğu kimi, Azərbaycan xalqı caz musiqisindən söhbət açanda ilk növbədə, bənzərsiz improvizasiyaçı və ifaçı Vaqif Mustafazadənin caz musiqisi aləminə müraciət edir. Buna görə də təəccüblü deyil ki, onun musiqisi və virtuoz ifası Şahin üçün də təqlid edilməli nümunəyə çevrilir.
-cı ildə Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasına daxil olan Şahin 2000- ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib, caz musiqisi ilə ciddi məşğul olmağa, Keyt Carret, Çik Korey, Bill Evans və başqa caz musiqiçilərinin əsərləri ilə maraqlanmağa başlayır.
Şahin 1999-cu ildə "Sevda şəlaləsi" və "1001 gecə" kompozisiyalarını bəstələyir, 2000-ci ildə isə öz triosunu yaradır.
Bu illər ərzində Şain Növrəsli iki albom yazıb, ABŞ, İtaliya, Türkiyə, Rusiyada çıxış etmişdir. Şain Növrəsli Bakıda son illərdə keçirilən caz festivallarının hamısının iştirakçısıdır.

Vaxt Tarix Məkan Qiymət, AZN
19:30 12 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası 10-20