Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Sevda ƏləkbərzadəŞahin Növrəsli
Rafiq Vəlimətov və qrupuEmil Məmmədov
Anar Yusufovun "Orient Xpress" qrupuİsfar Sarabskiy

22 iyun tarixli

The next, the third in a row Baku International Jazz Festival was held from the 7th of June 2007 to the 14th. As in the past years the Ministry of Culture and Tourism of Azerbaijan, the Ministry of Youth and Sport of Azerbaijan, Friends of Azerbaijan Culture Foundation and Baku Jazz Center were the organizers of the Festival...>>>

İştirakçılar

Sevda Ələkbərzadə (Azərbaycan)

Sevda Ələkbərzadə

Sevda Ələkbərzadənin səsini digər səslərlə səhf salmag зətindi. Güclü, gırtlag notlari ilə zəngin, qatı. Bununla belə, onun oxu tərzi, özündə bir çox mümkün elementləri cəmləşdirir. Burada həm soul, jazz, new wave və hətta, afrika notlari da eşitmək olar.
Müğənnidə, hər şeyi oyrənməyə böyük maraq - ənənəvi "xanəndə" ifaçılıq texnikasına olan həvəs (əfsanəvi Alim Qasımovun dərsləri, bu planda, ona kömək göstərmişdi), həm bel kanto opera sənətinə olan maraq (onun 2005 ildə, İtaliyaya, Florensiyaya təcrübə keçməyə yola düşməsi təsadüfi deyildi), buna misal ola bilər. Ən əsası, müğənninin ifasında olan yüksək dərəcəli emosional üzünə sərf hissidir ki, məhz, bu da sizi neytral mövqedən uzaqlaşdirir. S.Ələkbərzadə elə bir ailədəndir ki, orada sənət, hər kəsin alın yazısı və məqsədi olmuşdur. Onun babası- Əbülhəsən Ələkbərzadə - Azərbaycanın xalg yazıçısı, sovet dövründə yazılan ilk Azərbaycan romanının müəllifidir. Atası, Çingiz Ələkbərzadə, məhşur jurnalist-yazıçı idi.
Bacısı uşaqlıqdan musiqiyə maraq göstərmişdi. Sevdanın, hələ 14, Elmiranın isə 18 yaşı olanda, onlar, Vaqif Gərayzadənin yaratdığı və başçılıq etdiyi Aypara qrupuna gəlmişdilər, hansı ki, bu qrup, 1991 ildən, "Aypara-2" adı altında fəaliyyət göstərmişdir. Sevda taleyinə minnətdardı ki, sənət yolunun başlanğıcında o görkəmli musiqiçi, Rafiq Babayev ilə işləmək imkanı qazanır. R.Babayevin studiyasında işləyən digər bəstəkarlar və aranjimançılar, Siyavuş Kərimi və Rəşad Haşımovda bu siyahıya aid ola bilərlər. Hamı bu gənc muğənninin nəinki, güclü səsini və daxili mədəniyyətini, həm də adi stilistika çərçivələrindən uzaq oxu tərzinin təkrarsız cazibəsini xüsusi vurğulayırdilar. Rəşad Haşımovun yeni layihəsi olan Rast grupu ümumilikdə, S.Ələkbərzadənin parlaq və qeyri adi səsinə əsaslanırdı. Müğəninin bu qrupla əmakdaşlığı kifayət qədər uzun, 1993-cü ildən 2001 ilə qədər sürdü. Bu dövrlə bağlı yaddaşlarda, bir зox hadisələr mövcuddur: işıq üzü görmüş iki kompakt disk, Bakının, İstanbulun, Aşqabadin böyük konsert zallarında çıxışlar, 1993 il Radio France İntyernational müsabiqəsinin finalına qazanılan vəsiqə. Ancag zamanla, kollektivin hər bir üzvünün qarşısında duran qarşılıglı vəzifə borcları, onlari sıxmağa başlayır. Sevda qərara gəlirki, artig solo fəalliyyətə keçmək vaxtıdır. Bu 2001 ilə təsadüf etdi. O bütün "rastçılarla" dost kimi ayrıldı. Sevdanın birinci müstəqil işi Cəmil Əmirovun onun üçün yazdığı "Demə ki sevirəm" mahnısı oldu. Bildiyimiz kimi, bu bəstəkar çox nadir hallarda, lakin kifayət qədər uğurlu mahnılar yazan bəstəkarlardandı. Bəlkə elə ona gürə di ki, bu mahnı dərhal seçildi və yerli telekanalların xit-paradlarında özünə yer aldı. Hər şeyi müstəqil, öz gücünə arxalanaraq etmək həm çətin, həm də maraqlıdır - repertuar, klipmeyker, aranjimançılar seçmək və s. Hər şeyi diqqətlə götür qoy etsək, görərik ki, S.Ələkbərzadə bu işlərin öhdəsindən ugurla gəlir. Son bir neçə illər ərzində, o, doğrudan da Azərbaycanın ən tələb edilən və sevimli mügənilərindən birinə çevrilmişdir.
Onun klipləri həmişə birinci onluqda yer tuturlar. Sevdanın həvəslə televiziya şoularına və müsabiqədə münsiflər heyyətinə dəvət edirlər. Onun Gürcüstanda, İsraildə, İtaliyada və Polşada bir çox uğurlu çıxışları olmuşdur. Sevdanın xüsusi layihələr arasında olan, pianoçu və aranjimançı Emil İbrahim və digər sayılıb-seçilən musigiçilərlə birgə hazırladıgı "Shəbi-hicran" layihəsi və Emin Sabit oglunun Əlvida mahnısını, Salman Gəmbərovun yadda galan aranjimanında olan sinqlı hamını danışmağa məcbur edən hadisələrdən oldu. Dahi Betxovenin "Sevinc odası" musiqi əsərinin əsasında Avropa Şurasının caz-muğam üslubunda ifa olunmuş himni də bu əlamətdar layihələr siyahısına qatıla bilər.

Vaxt Tarix Məkan Qiymət, AZN
21:00 11 iyun Yaşıl Teatr 10-20