Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Əzizə MustafazadəBilli Kobem "Culture Mix"
Hayrem Bullokun QrupuDeniz Canna
Qjeqoj Karnasın "Dreams" layihəsi"Djabe" qrupu

22 iyun tarixli

The next, the third in a row Baku International Jazz Festival was held from the 7th of June 2007 to the 14th. As in the past years the Ministry of Culture and Tourism of Azerbaijan, the Ministry of Youth and Sport of Azerbaijan, Friends of Azerbaijan Culture Foundation and Baku Jazz Center were the organizers of the Festival...>>>

İştirakçılar

Emil İbrahim və Dostları (Azərbaycan)

Emil İbrahim və Dostları

http://emilibrahim.jazz.az

Emil İbrahim – fortepiano
Ruslan Hüseynov – kontrabas
Tofiq Cabbarov – zərb alətləri və perkussiya
Natiq Şirinov – nağara

Proqramım qonaqı:
Sevda Ələkbərzadə – vokal
Mark Törner – saksafon
Aleksandr Maşin - zərb alətləri
" String Kvarteti "

Emil İbrahim Məmmədov Azərbaycanın Bakı şəhərində anadan olub. Azərbaycan caz musiqiçilərinin çağdaş nəslinə aid olan caz pianoçusu və bəstəkarı əsasını caz təşkil edən musiqili mühitdə boyüyüb başa çatmışdır. O, musiqi ifa etməyə dörd yaşından başlamışdır. Emil istedadlı uşaqlar üçün Bül-Bül adına Mərkəzi Musiqi Məktəbində pianonun, Bakı Musiqi Akademiyasında isə dirijorluq sənətinin sirrlərinə yiyələnib. Onun atası, tanınmış Azərbaycan bəstəkarı İbrahim Məmmədov və böyük qardaşı, klassik pianoçu və bəstəkar Elçin Məmmədov da caz ilə maraqlanırdılar.
"Mənim atam caz yazılarına, caz orkestrinə, biq bendlərə və Kuba cazına çox qulaq asardı. O, mənə musiqi dünyasını təqdim etdi, müxtəlif dövrlərin musiqisini və tərzini göstərdi, musiqi alətlərinə necə qulaq asmağı, onların xarakter və qabiliyyətlərini anlamağı öyrətdi." Sözün əsl mənasında, Caz, Klassik, Latın və Muğam kimi xalq musiqisini və başqa janrları sintez edə bilmək Emil İbrahimin ifaçı və bəstəkar olaraq çox gözəl istedadını və eləcə də eksperimentlərə çox ağıllı və çəkinmədən yanaşma bacarıqlarını açıqlayır. Onun yeni səslər axtarışındakı eksperimentləri hətta müasir elektron musiqisi ilə əhatə olunur.
Onun gözəl və mükəmməl texniki ifası özünün daxili qüvvəsi və təsviredilməz enerjisi ilə bizi cəlb edir. Eyni zamanda səhnədə ifası zamanı dinləyiciyə verdiyi enerji onun təmkinli və sakit tərzi ilə tarazlanır. Balladalardan tutmuş post-bop ustadlarının əsərlərinə qədər hansı növ musiqini ifa etməsindən aslı olmayaraq həmin musiqi emosional təsirlidir.
O, eyni zamanda tez-tez televiziya proqramlarına musiqi və filmlərə saundtreklər yazmağa dəvət olunur, müxtəlif proyektlərdə musiqi prodyusseri kimi çox mükəmməl və məmnuniyyətlə çıxış edir.
2005-ci ildə Emil İbrahim özünün ilk Tetralogia albomunu yazmış, bu yaxınlarda isə Sevda Ələkbərzadənin "Şəbi Hicran" albomu üçün aranjmar və prodüserlik etmişdir.

Vaxt Tarix Məkan Qiymət, AZN
21:00 11 iyun Yaşıl Teatr 10-20