Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Billi Kobem "Culture Mix"Hayrem Bullokun Qrupu
Kler Mişelin qrupu "Elixir"Qjeqoj Karnasın "Dreams" layihəsi
"Djabe" qrupuAleksandr Oseyçuk - Janna İlmer Kvinteti

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

İştirakçılar

ZJAZZ Kvarteti (ABŞ)

ZJAZZ Kvarteti

http://www.myspace.com/zjazz

Zülfüqar Bağırov - saksafon
Canel Gil - fortepiano
Gevin Fallou - bas
Marti Morrison - zərb alətləri

Zülfüqar Bağırov 1973-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində musiqiçi ailəsində dünyaya gəlmişdir. O, musiqi dərslərinə 5 yaşı ikən skripkada çalmaqla başlamış və 6 ildən artıq bu alətdə ifa etdikdən sonra klarnet musiqi aləti ilə onu əvəz etmişdir. İstanbul Dövlət Universiteti Konservatoriyasında tələbə olduğu zamanlar o caz musiqisi ilə çox maraqlanırdı. Məktəb illərində Zülfüqar Berkli Məktəbi Umbriya Təkmilləşmə Kursları almaq üçün İtaliyaya gedir və konservatoriyanı bitirdikdən sonra o, daha da irəli getməyi təqaüdçü kimi Bostonda Berkli Musiqi Kollecində təhsil almagı qərar verir. Onun Berklidə müəllimləri arasında Bill Pirs, Harri Skoler, Corc Qarzone və Cim Odqrenin adını çəkmək olar. Berklidə oxuduğu zaman o, daha bir nüfuzlu şəxsin adını daşıyan Co Viola təqaüdünü alır. Bu mükafat musiqiçilikdə mükəmməl nəticələr üçün ağac nəfəsli musiqi alətləri kafedrası tərəfindən verilmişdir. O, həmçinin Hayns Konvensiya Mərkəzi EXPO 2001 konsertində öz THE NEWBURY DUO dueti Ülken Özsezenlə Berkli tələbəsi kimi iştirak etmək üçün müsabiqənin qalibi olmuşdur. 2003-cü il təhsilini başa vurduqdan sonra o, Vaşinqtona köçmüşdür. O, yerli nüfuzlu yüksək səviyyəli caz klubları olan Twins Caz and Lounge, Ellingtons on Eight, HR-57, Utopia və çoxlu sayda digər klublarda çıxışlar etmişdir. Zülfüqar lider və orkestr ifaçısı kimi bir neçə CD-lər lentə almışdır. O, ABŞ və digər xarici ölkələrdə özünün dueti olan THE NEWBURY DUO ilə Berkli məzunu olan Qreq Brennans zərbçisi ilə "The Voice of Darkness" və "The Voice of Darkness II", "Shrill Life Sextet" solo ifalarını, Berkli məzunu gitaraçı David Poto-Razels ilə canlı kvintetlə "Tales From Stone Age", xüsusi dəvət olunmuş qonaq Corc Qarzone ilə "Tales From Stone Age"-i studiyada lentə almış, Berkli məzunu pianoçu Mişa Tarasovla "Static", Kalan Musiqi Studiyasında gitaraçı Erkan Oğurla layihəsini və digər başqa canlı ifalarını lentə almışdır.

Vaxt Tarix Məkan Qiymət, AZN
11:00 9 iyun Master-klas
Bakı Caz Mərkəzi
Zülfüqar Bağırov (ABŞ)
 
21:00 9 iyun Yaşıl Teatr 10-20