Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Mark Törner &Aleksandr Maşinin Qrupu ZJAZZ Kvarteti
"Volcano" Qrupuİrina Rodiles
Emil İbrahim və DostlarıSevda Ələkbərzadə

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

İştirakçılar

"Volcano" Qrupu (ABŞ)

"Volcano" Qrupu

http://www.volcanojazz.com/

Yavuz Akyazıçı – gitara
Erik Person - saksafon
Co Fonda – bas
Səlim Səlcuk – zərb alətləri

Vоlkanо qrupu bir neçə istedadlı musiqiçilərin özünəməxsus musiqi parçalarından, gözəl şərq melodiyaları, qərb harmoniya və qədimliklə dolu jazz üslubunda ifa olunan toplu yaratmaq məqsədilə bir araya gəlməkləri nəticəsində Nyu York şəhərində yaranıb. Qrupun hər bir üzvü Volkano üçün özünəməxsus duyum verən üsluba malikdir.
Qrupun yaradıcısı Yavuz Akyazıçı 1990-cı ildə jazz sənətini öyrənmək üçün Nyu York şəhərinə gəlmişdir. O, Billi Harper, Regi Uorkman, Baster Uilyams, Vik Yuris, Kari De Niqris və Çarli Perip kimi musiqiçilərlə tanış olduğu Yeni Jazz Məktəbi proqramında iştirak etmişdi. Təhsilə başladığı qısa müddətdən sonra Nyu York Jazz səhnəsində çıxış etməyə başlamışdır. O, Birdland, Knitting Factory, 55 Bar, Auggies kimi bir çox jazz klublarda çıxış etmişdir. Məktəbdən sonra o bas ifaçı Co Fonda və zərbçi Səlim Səlcukla triosunu yaratmışdır. Bunu etməkdə onun məqsədi öz türk köklərini caz musiqisinə gətirməklə inkişaf etmək idi. Bir neçə il jazz standartları dəyişiklikləri üzərində improvizə etməklə, o, şərq ritmi və melodiyalarını qərb harmoniyası ilə bir araya gətirməklə öz musiqisini yazmağa başladı. Onun bundan sonrakı iki kvarteti tenor saksafon ifaçısı Cef Silverbuş və alt saksafon ifaçısı Ori Kaplandan ibarət idi. Sonra o Türk İncəsənət Festivalı ilə əlaqədar Erik Personla tanış oldu və onun ifasına heyrab olmuşdu. O Mr. EP bəstəsini Erik Personun ifasına heyran olduğu üçün qrupun ikinci albomuna, Bridge-ə daxil etmişdi. Volkano qrupu Nyu Yorkun Caz Səhnəsinin ən sevimli musiqiçilərindən ibarət idi və Yavuz Akyazıçı tərəfindən 2005-ci ildə yaradılmışdı. Qrupun ilk albomu sessiya müddətində Nyu York şəhərində qızdırılmayan palaz anbarında lentə alınmışdı. Erik Person bu cür çətin şəraitə baxmayaraq poetik tərzdə ifa edirdi. Siz qrupun The Birth kimi melodiyalarda birgə toxunuşunu eşidə bilərsiniz, harda ki, qrup improvizasiyası və konsentrasiyası birinci dərəcəlidir. Volkanonun birinci albomu Gamzelim artıq işıq üzü görmüşdür, və onların ikinci albomu Bridge üzərində iş gedir.

Saksafon ifaçısı Erik Person Nyu York Şəhəri və Beynəlxalq səhnədə 20 ildən artıq fəaliyyət göstərir. O Sent Luis Musiqi Konservatoriyasında təhsil almışdır və müasir musiqidə bir çox nəhənglərlə: Deyv Holland, Mak Koy Tayner, Çiko Hamilton, Ben Harper, Dünya Saksafon Kvarteti, Ronald Şenon Cekson və digərləri ilə çıxış etmişdir.

Basist Co Fonda bəstəkar, bas ifaçısı, lentə yazan artist və prodüsserdir. Uğurlu beynəlxalq caz ifaçısı Fonda ABŞ və Avropa üzrə öz ansamblı ilə çıxışlar etmişdir və Arçi Şep, Ken Makintayer, Lu Donaldson, Bill və Keni Barronlar, Leo Smit, Peri Robinson, Deyv Duqlas, Kurtis Fuller, Mark Uaytkeyc, Marion Braun, və Bill Dikson ilə birlikdə saydmen kimi çıxış etmişdir. 1984-cü ildən 1999-cu ilədək Fonda məşhur saksafonçu və dünya caz avanqardın lideri Entoni Brekstonun müxtəlif layihələrində bas ifaçısı idi. 1994-99-cu illərdə yeni təsis olunmuş Tri-Centric Foundation-ın Direktorlar Komitəsinin üzvü idi və 1997-cu ildən 1999-cu ilədək həmin qurumun Prezidenti olmuşdur. O, həmçinin 38 üzvü olan Entoni Brekstonun Tri-Centric çıxış etmişdir. O, Nyu Yorkun Con Cey Teatrında 1996-cı il oktyabr ayında.Entoni Brekstonun Shalla Fears for the Poor operasının premyerasında bas ifaçısı kimi çıxış etmişdir.

Vaxt Tarix Məkan Qiymət, AZN
18:30 10 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası 10-20