Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Qjeqoj Karnasın "Dreams" layihəsi"Djabe" qrupu
Aleksandr Oseyçuk - Janna İlmer KvintetiMark Törner &Aleksandr Maşinin Qrupu
ZJAZZ Kvarteti"Volcano" Qrupu

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

İştirakçılar

Mark Törner &
Aleksandr Maşinin Qrupu
(ABŞ - Rusiya)

Mark Törner – saksafon
Aleksandr Maşin - zərb alətləri
Yakov Okun - fortepiano
Petr Vostokov - truba
Anton Revnyuk - kontrabas

Mark Törner (ABŞ)

Mark Törner (ABŞ)
1965-ci il noyabr ayının 10-u Ohayo ştatının Feyrborn şəhərində anadan olan Mark Törner 4 (dörd) yaşı olarkən ailəsi ilə birlikdə Kaliforniyaya köçmüşdür. Törner 9 yaşı olanda klarnet musiqi alətində çalmağa başlamış, daha sonra alto və yeniyetmə yaşlarında tenor saksafona dəyişmişdi. O, Lonq Biç Dövlət və Kaliforniya İncəsənət Məktəbində incəsənət üzrə təhsil almışdır. Sonralar o, 1990-cı ildə Berkli Musiqi Məktəbini bitirmiş və ifaçılıq üzrə bakalavr dərəcəsi almışdır. Nyu Yorka köçdükdən sonra Kurt Rozenvinkel, Deyv Holland, Paul Motian, Bred Meldau, Con Pattituççi, Deyv Duqlas, Billi Hart, Li Konitz və Ceyms Mudi kimi musiqiçilərlə işləmiş və onların albomlarının yazılmasında iştirak etmişdir. O, həm çoxlu sayda yazılarda saydmen kimi iştirak etmiş, həm də özünün beş albomu işıq üzü görmüşdür.

Yam Yam - Criss Cross
Mark Turner -WB
In This World-WB
Ballad Session-WB
Dharma Days-WB

Aleksandr Maşin (Rusiya)

Aleksandr Maşin (Rusiya) http://www.jazzmashin.com

Aleksandr Maşin 1976-cı ildə Sankt-Peterburqda anadan olub.
1991-ci ildə "Kvadrat" caz-klubunda Sankt-Peterburq cazmenləri ilə tanış olur. Olar demək ki, o saat "North West Dixie Band" ansamblına dəvət edilir. Bu orkestrin tərkibində üç il ərzində çalışır, özünün ilk caz festivallarında çıxış edir. 1993-cü ildə, "Payız ritmləri" caz festivalındakı çıxışından sonra Nikolay Popravko – Aleksandr Berensonun kvintetinə dəvət olunur. Həmin vaxt Dmitri Bayevskinin gənclər ansamblında çalır. Bu iki ansamblların tərkibində fəaliyyət Aleksandr Maşin üçün ilk ciddi təcrübə olmuşdur.
1994-cü ildə Nikolay Popravko – Aleksandr Berensonun kvinteti ilə Varanger Festival Vadso (Norvec) festivalında çıxış edir. Həmin ildə A.Sinenkonun kvarteti ilə Baltic Jazz Malmo (İsveç) festivalında çalır. 1996-ci ildə Maşin Sankt-Peterburqun "Kvadrat", Jazz Philarmonic Hall, "Okoşki" və New Jazz Club klublarında çıxış edir. Həmin illərdə tanınımış saksafonçu İqor Butman rus musiqiçərindən ibarət olan ansambl yığır və Maşini dəvət edir.1995-1998-ci illərdə Aleksandr Maşin İqor Butman kvartetinin daimi zərbçisidir. 1995-ci ildə İqor Butman (saksafon), Vyaçeslav Nazarov (trombon), Aleksandr Berenson (truba), Yakov Okun (roayl), Vitali Solomonovla birgə "Allaqro" ansamblının tərkibində qastrol səfərində çıxış edir.
Həmin vaxt yeni yaradılmış Extra Trio Plus ansamblında çıxış edir. Ansambla Yevgeni Stirqalev (saksafon), Vladimir Koltsov-Krutov (kontrabas), Nikolay Sizov (royal), Qriqori Voskoboynik (kontrabas) və Aleksandr Maşın (zərb alətləri) daxil idilər.
18 yaşından başlayaraq Aleksandr Maşin çoxlu sayda festival və konsert proqramlarında çıxış edir, bir neçə Bakı Caz Festivalının qonağı olub.
1999-cü ildə, "MosGorTrio" (Yakov Okun, Anton Revnyuk, Aleksandr Maşin) ansamblı yaradılandan sonra Maşin Moskvaya köçür və, bu triodan başqa, Stanislav Qriqoryev, German Lukyanov, Aleksey Kuznetsov, Mixail Okun, Vladimir Danilin, Arzu Hüseynov, Aleksandr Rostotski, Anatoli Gerasimov, Arkadi Şilkloper, Boris Kurqanov, İvan Farmakovski, Aleksey Nikolayev, İrina Tomayeva, Denis Şvıtov, Dmitri Mospan, Vitaly Qolovnev, Sergey Qolovnya, Andrey Lobanov, Yevgeni Sokolovski, Anton Zaletayev, Leonid Şupik, Viktor Podkoritov, Valeri Ponomarev, Viktor Dvoskin, Vladimir Şafranov kimi Rusyyanın ən tanınımış caz musiqiçiləri ilə əməkdaşlıq edir.
Maşin eyni zamanda Mixail Kostyuşkin, Andrey Kondakov, Nikolay Sizov, Gennady Qolşteyn, David Qoloşekin, Valery Belinov, Vladimir Volkov, Andrey Svetlov, Andrey Sinenko, İvan Vasilyev kimi Sankt-Peterburq musiqiçəri ilə çıxış edib.
Aleksandr Maşin eyni zamanda xarici musiqiçilərlə də əməkdaşlıq etmişdir. Onların arasında Benni Qolson, Conu Qriffin, Riçi Koul, Lu Tabakin, Mark Soskin, Pol Bollenbek, Don MakKaslin, Duq Reyni, Andres Boyarski, Tomas Frank, Sanni Samter, Yukka Perkko, Kreyq Hendi, Saçal Vasandani kimi musiqiçilər var.

Diskoqrafiya:
New Generation (D. Bayevskiy - İ. Vasilyev)
Sankt-Peterburq Caz Quinteti (N. Popravko-A.Berenson) 1994
Ruslan Xain Sekstet
Andrey Kondakov - Napua Devoy
Extra Trio Plus "Тhe first trip"
Extra Trio Plus "Amputation"
Extra Trio Plus "Day Shooting"
MosGorTrio "Trio" 2000
MosGorTrio + Sergey Golovnya 2002
J V L Big Band & Four Tenors 2002
Андрей Кондаков "Fraqmentlər" 2003
Valeriy Qroxovskiy Trio 2003

Yakov Okun (Rusiya)

Yakov Okun (Rusiya)
Pianoçu Yakov Okun – XX əsrin 90-cı illərdə peşəkar jazz səhnəsinə çıxmış istedadlı, dərin bilikli və ciddi musiqiçidir. Onu "müasir rus jazzının həqiqi lideri" hesab edirlər. (А. Vetxova. "Vremya" nəşriyyat evi-30.09.2004). Onun "mənbə ilə dəqiq və eyni zamanda sərbəst şəkildə idarə etməyə imkan yaradan ənənələrə söykənən və maarifçi baxışlarına sahib olan mükəmməl musiqiçi şöhrəti var (eyni mənbədən).
Yakov Okun 1972-ci il iyun ayının 4-ü məşhur jazz musiqiçisi, pianoçu və müəllim Mixayil Okunun ailəsində Moskva şəhərində anadan olmuşdur. Uşaqlıqdan o musiqi, jazz ab-havası ilə əhatə olunmuşdu. Musiqi ilə o, 5 yaşında ikən məşğul olmağa başlayır: əvvəlcə skripkada, sonra isə fortepianoda. Qnesinlər adına musiqi məktəbin xüsusi istedada malik uşaqlar üçün ixtisaslaşmış ən yaxşı musiqi məktəblərindən birini T.E. Freykina kimi məşhur müəllimin rəhbərlik etdiyi fortepiano dərslərini bitirdikdən sonra, Yakov Okun Qnesinlər adına Dövlət Musiqi Məktəbinin estrada-jazz bölməsinə daxil olur (1988-ci il). Bundan sonra onun jazz musiqisi ilə daha ciddi məşğələləri başlayır.
Artıq 1991-ci ildə pianoçu ən yaxşı tələbələrdən ibarət ansamblın tərkibində Dublində (İrlandiya) beynəlxalq yay məktəbinə göndərilir. Bu məktəbə rəhbərlik edən məşhur amerika saksafon ifaçısı Deyv Libman Yakov Okunun ifasını nəzərə alıb, son konsertdə uğurla ifa edəndən sonra onu beynəlxalq jazz ansamblının rəhbəri kimi seçir. 1991-ci ildə pianoçu Buxarestdə (Rumıniya) jazz ansambllarının beynəlxalq müsabiqəsində qran-pri əldə edir, harda ki, o, saksafon ifaçıları Dmitri və Aleksandr Bril qardaşları və baraban ifaçısı Eduard Zizakla birgə çıxış etmişdir.
1992-ci ildə məşhur fin musiqiçisi, saksafon ifaçısı Yukka Perkonun dəvəti ilə o, Pori Jazz (Pori, Finlandiya) beynəlxalq jazz festivalında çıxış edir. Həmçinin 1992-ci ildə o, Moskva mədəniyyət universitetinə daxil olur və eyni zamanda Viktor Yepaneşnikov, Valeri Katsnelson, Vyaçeslav Preobrajenskiy, Aleks Rostotskiy kimi məşhur rus musiqiçilərinin jazz ansambllarında peşəkarcasına iştirak edir.
1993-cü ildə Okun ən görkəmli jazz musiqiçisi, bəstəkar və aranjımançı German Lukyanovun dəvətini alır və onun məşhur "Kadans" ansamblında əməkdaşlıq edir, harda ki, onun atası pianoçu Mixayil Okun 1978-ci ildən 1983-cü ilədək parlaq ifalarla çıxış etmişdir.
1994-1995-ci illərdə Yakov Okun yenicə Nyu Yorkdan Rusiyaya qayıtmış saksafon ifaçısı İqor Butmanın ansamblında çıxış edir. Trombonist Vyaçeslav Nazarov və İqor Butmanın ansamblında musiqiçi Rusiyanın şəhərlərinə səfərlər edir.
1999-cu ildə Pope Music adı altında amerika səs mühəndisi Cin Poup tərəfindən buraxılan və prodüsserlik olunan"Boiled Borsht" (Alex Rostotskiy Trio) diskinin lentə alınmasında o, pianoçu kimi Aleks Rostotskinin ansamblının tərkibində çıxış edir.
1999-cu ildə Yakov Okun ən yaxşı jazz akkordionisti Vladimir Danilovun diskinin lentə alınmasında iştirak edir (prodüsseri Aleks Rostotskiy). Disk Boheme music firmasında buraxılır və jazz tənqidçilərinin sorğularına əsasən, ən yaxşı qiymətləndirmə alır. Bu yazı ilin ən yaxşı jazz diski hesab olunur, bundan başqa səs həllinə görə Viktor Babuşkin adına mükafata layiq görülür (bizim ölkədə müasir səs rejissorluğu məktəbinin banisi).
Eyni zamanda Yakov Okun 90-cı illərin "yeni nəsil" ən yaxşı musiqiçilərinin daxil olduğu triosunu yaradır: baraban ifaçısı Aleksandr Maşin və kontrabas ifaçısı Anton Revnyuk . Bu yeni ansamblın adı "MosQorTrio" olur. Bu ansambl özünün sərbəst proqramları ilə çoxlu sayda çıxışlar edir, həmçinin ritm-bölməsi ən yaxşı rus və xarici ölkə solistləri ilə müşaiyət olunur. Beləliklə, 2000-2007-ci illər ərzində Yakov Okunun triosu ilə Donnu Makkazlin, Coni Qriffin, Tomas Frank, Lu Tabakin, Edu Henderson, Ceyms Spoldinq, Aleks Sipyagin çıxış edir.
2002-ci ildə Yakov Okunun triosu və tenor-saksafon ifaçısı Sergey Qolovnya (JVL klubunun sahibi və banisi Viktor Livşitsin yardımı ilə) Kopenhagen jazz festivalıbda çıxış edirlər. Bu ildə Yakov Okun jazz tənqidçilərinin sorğusuna əsasən, "Meynstrim" nominasiyası üzrə ilin musiqiçisi adına layiq görülür.
"Ermitaj bağında jazz, 2004-cü il" beynəlxalq festivalında pianoçi Yakov Okunun çıxışı dərhal iki layihədə ən uğurlu və parlaq hadisə kimi qiymətləndirilir: German Lukyanovun ansamblının tərkibində və amerikalı truba çalan Edi Hendersonun qoşulduğu öz kvarteti ilə çıxışı. Elə həmin ildə musiqiçi məşhur moskvalı vokal ifaçı Anna Buturlina və piterli kontrabas ifaçısı Qriqor Voskoboyniklə birgə Finlandiyaya qastrol səfərini başa vurur.
2005-ci ildə Yakov Okun Gennadi Rojdestvennikin rəhbərliyi ilə Alfred Şnitkenin birinci simfoniyasında simfoniya orkestrində "20-ci əsrin görkəmli rus bərtəkarları" konsert silsiləsində çıxışı üçün İqor Butmanın kvartetinin tərkibində ifa etmək üçün dəvət almışdır.
Pianoçu Yakov Okun – dərin fikirlərə malik hərtərəfli musiqiçidir. Onun incəsənət idealları arasında dünya jazz musiqisinin tarixində Con Koltreyn, Maylz Devis, Telonius Monk kimi nəhəng şəxsiyyətlər vardır. Musiqiçi məhz elə onların ənənələrini davam etmək istərdi. Bununla yanaşı, Bax ona yaxın və müasirdir idealdır; o, bəstəkar prosesi, orkestr qurma və instrumentovka ilə çox maraqlanır. Bir sözlə, bu musiqiçinin daxili aləmində hər zaman ciddi yaradıcı proseslər gedir, hansı ki, xarici aləmin hərcmərcliyi və "ehtiyac duyulan" olmaq istəyi ilə heç bir əlaqəsi yoxdur. Yakov Okunun fikrincə, səhnə ilk öncə məsuliyyətdir. Jazz musiqisi dilində desək, o, hər an estetikadan azad bir aydınlığa can atır.
Musiqiçi həmişə yeni ansambl ahəngi axtarışında olmaqla müxtəlif tərkiblərlə təcrübələr aparır və yaradır, və demək olar ki, ansamblın instrumental musiqiləşdirilməsi nöqteyi nəzərindən trionun şəklini maraqlı şəkildə dəyişir.
Yakov Okun nəinki mükəmməl şəkildə jazz ifa edir, o, həmçinin özünün incəsənət üslubunu yaradır. Bu işdə pianoçu Yakov Okun tamamilə inandırıcı və fərdidir.

Vaxt Tarix Məkan Qiymət, AZN
18:30 11 iyun Yaşıl Teatr 10-20