Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

İrina RodilesEmil İbrahim və Dostları
Sevda ƏləkbərzadəŞahin Növrəsli
Rafiq Vəlimətov və qrupuEmil Məmmədov

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

İştirakçılar

"Djabe" qrupu (Macarıstan)

"Djabe" qrupu

http://www.djabe.com/

Tamaş Barabaş – bas gitara
Attila Eqerxazi - gitara
Andraş Şipoş - vokal, perkussiya
Silard Banai - zərb alətləri
Zoltan Kovaç - klavişlər
Ferens Kovaç - trumpet, şümşü, skripka

Djabe caz-fyuzn qrupu nəinki Macarıstanda №1-dir, təsis olunmasından keçdiyi 10 il ərzində başqa ölkələrdə də tamaşaçıların rəğbətini qazanıb və çoxlu sayda mükafat almışdır. Qrupun Witchi Tai To (2000) albomu Macarıstanda Best Hungarian Jazz/World Music Album kateqoriyasında ən yaxşı albom kimi mükafatlandırılmışdır (Qızıl Zürafə mükafatı). 2002-ci ildə qrupun Update albomu Best Hungarian World Music Album of the Year (eMeRTon) mükafatını almışdır. Bundan başqa, 2000-ci ildə Ly-O-Lay Ale Loya albomu Qızıl Zürafə mükafatına, Sheafs are Dancing albomu isə ilin ən yaxşı albomuna verilən Phonogram mükafatına təqdim edilmişdirlər. Bu albomun DVD versiyası 2004-cü ildə PRince Award beynəlxalq mükafatı ilə təltif edilmişdir. 2005-ci ildə həmin albom Surround Music Award mükafatına təqdim edilmişdir. Djabe Macarıstanın beynəlxalq festivallarda çıxış edən ən tanınmış qruplarından biridir. Son üç il ərzində qrup Avropa ölkələrində və Şimali Amerikada uğurla çıxış etmişdir. Bu konsert və festival çıxışlarının sırasında Kaunas Caz Festivalı, Litva; Burghausen Jazzwoche, Almaniya; Jazz Goes To Town, Hradets Kralove, Çexiya; Bansko Jazzfestival, Bolqarıstan; Spitz, London, Böyük Britaniya; Jazzdays, Bratislava, Slovakiya; Jazzfair, Çakovets, Xorvatiya; Kolizay Klubu, Sarayevo, Bosniya və Herseqovina; Mercuria Ciuc, Rumıniya; Preşov, Slovakiya; Rochester International Jazzfestival, Nyu York, ABŞ; Vaşinqton, ABŞ; Pori Jazz Festival, Finlandiya; Stokholm Caz Festivalı, İsveç. Qrup həmçinin daimi olaraq Macarıstanda keçirilən caz festivallarda çıxış edir.
Djabe özündə caz, macar musiqisini və dünya musiqisinin elementlərini birləşdirən unikal musiqi ifa edir. Qrupun aparıcı bəstəkarı və rəhbəri Macarıstanın ən mahir bas-gitraçısı Tamaş Barabaşdır.

Vaxt Tarix Məkan Qiymət, AZN
21:00 10 iyun Yaşıl Teatr 10-20