Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33
İştirakçılar
22 iyun tarixli
İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>
İçindəki
İştirakçılar
"Djabe" qrupu (Macarıstan)

Tamaş Barabaş – bas gitara
Attila Eqerxazi - gitara
Andraş Şipoş - vokal, perkussiya
Silard Banai - zərb alətləri
Zoltan Kovaç - klavişlər
Ferens Kovaç - trumpet, şümşü, skripka
Djabe caz-fyuzn qrupu nəinki Macarıstanda №1-dir, təsis olunmasından keçdiyi 10 il ərzində başqa ölkələrdə də tamaşaçıların rəğbətini qazanıb və çoxlu sayda mükafat almışdır. Qrupun Witchi Tai To (2000) albomu Macarıstanda Best Hungarian Jazz/World Music Album kateqoriyasında ən yaxşı albom kimi mükafatlandırılmışdır (Qızıl Zürafə mükafatı). 2002-ci ildə qrupun Update albomu Best Hungarian World Music Album of the Year (eMeRTon) mükafatını almışdır. Bundan başqa, 2000-ci ildə Ly-O-Lay Ale Loya albomu Qızıl Zürafə mükafatına, Sheafs are Dancing albomu isə ilin ən yaxşı albomuna verilən Phonogram mükafatına təqdim edilmişdirlər. Bu albomun DVD versiyası 2004-cü ildə PRince Award beynəlxalq mükafatı ilə təltif edilmişdir. 2005-ci ildə həmin albom Surround Music Award mükafatına təqdim edilmişdir.
Djabe Macarıstanın beynəlxalq festivallarda çıxış edən ən tanınmış qruplarından biridir. Son üç il ərzində qrup Avropa ölkələrində və Şimali Amerikada uğurla çıxış etmişdir. Bu konsert və festival çıxışlarının sırasında Kaunas Caz Festivalı, Litva; Burghausen Jazzwoche, Almaniya; Jazz Goes To Town, Hradets Kralove, Çexiya; Bansko Jazzfestival, Bolqarıstan; Spitz, London, Böyük Britaniya; Jazzdays, Bratislava, Slovakiya; Jazzfair, Çakovets, Xorvatiya; Kolizay Klubu, Sarayevo, Bosniya və Herseqovina; Mercuria Ciuc, Rumıniya; Preşov, Slovakiya; Rochester International Jazzfestival, Nyu York, ABŞ; Vaşinqton, ABŞ; Pori Jazz Festival, Finlandiya; Stokholm Caz Festivalı, İsveç. Qrup həmçinin daimi olaraq Macarıstanda keçirilən caz festivallarda çıxış edir.
Djabe özündə caz, macar musiqisini və dünya musiqisinin elementlərini birləşdirən unikal musiqi ifa edir. Qrupun aparıcı bəstəkarı və rəhbəri Macarıstanın ən mahir bas-gitraçısı Tamaş Barabaşdır.
| Vaxt | Tarix | Məkan | Qiymət, AZN |
| 21:00 | 10 iyun | Yaşıl Teatr | 10-20 |
Qalereya

10 İyun
Əzizə Mustafazadənin Press Konferensiyası
Bakı Caz Mərkəzi ...>>>
Video

"Djabe" qrupu
10 İyun. M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası ...>>>
Arxiv
"Baku International Jazz Festival 2007" – Bakı Caz Festivalların sıralarında artıq üçüncü festivaldır. 2005-ci ilin aprel ayının əvvəlində başlayan festival bakılıların və şəhərimizin qonaqlarının böyük marağına səbəb olmuşdur ...>>>
Linklər
Baku International Jazz Festival 2006
Baku International Jazz Festival 2005
Jazz in Azerbaijan
Radio.Jazz.Az
"Jazz Dunyasi" Magazine
Jazz Archive
Blog
Baku Jazz Center
Video.Jazz.Az





