Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Mark Törner &Aleksandr Maşinin Qrupu ZJAZZ Kvarteti
"Volcano" Qrupuİrina Rodiles
Emil İbrahim və DostlarıSevda Ələkbərzadə

22 iyun tarixli

The next, the third in a row Baku International Jazz Festival was held from the 7th of June 2007 to the 14th. As in the past years the Ministry of Culture and Tourism of Azerbaijan, the Ministry of Youth and Sport of Azerbaijan, Friends of Azerbaijan Culture Foundation and Baku Jazz Center were the organizers of the Festival...>>>

İştirakçılar

Qjeqoj Karnasın "Dreams" layihəsi
(Polşa)

http://www.karnasmusic.com/

Qjegoj Karnas – vokal
Mixal Tokay - piano
Radek Novitski - tenor saksafon
Mixal Yaros - bas
Sebastian Frankeviç - zərb alətləri

Qjeqoj Karnasın "Dreams" layihəsi – zərb alətləri, bas, tenor saksafon və vokalçıdın ibarət olan kvintetdir. Baxmayaraq ki, heyətin tərkibi meynstrim üslubunda ifa tərzindən xəbər verir, bu layihə klassik caz paradiqmasından uzaqdadır. Qrupun ifa etdiyi musiqi sadə və asanlıqla yadda qalan melodic xətti üstələyən trans üslubuna xas olan təkrarlamalar və modal abstraksiyalara əsaslanır. Bir sözlə, "Dreams" layihəsi – enerji və improvizə ilə dolu və hərdən səhlənkar akustik musiqidir.

Qjqoj Karnas. 1972-ci ildə Yuxarı Sileziyada (Polşa) anadan olun. Bir il ərzində Rıbnik şəhərinin orta musiqi məktəbində klassik gitara dərslərinə getmişdir. Polşanın ən tanınmış Katovitse Musiqi Akademiyasının Caz İnstitunun məzunudur. Karnas həm Polşa caz sənhəsinin ən yaxşı cavan musiqiçiləri ilə, həm də məşhur caz ustaları ilə işləyib. 1968-ci ildə Zamost (Polşa) şəhərində keçirilən Jazz Vocalists' Meeting müsabiqəsinin birinci mükafatı ilə təltif olunmuşdur. Növbəti il onun debüt albomu "Reinkarnasiya" (Nottwo 2000) işıq üzü görmüşdür və onun üçün Polşa və Slovakiya üzrə əsas jazz klubları və festivallarına səfərlər etmək üçün yol açmışdır. (International Jazz Pianists' Festival in Kalisz, Bratislava Jazz Days, Jazz Jamboree at Polish Radio Concert Studio). 2004-cü ilin yayında Qjeqoj Karnasın "Sny-Dreams of a Ninth Floor"(DeBies 2004) solo layihəsinin premyerası oldu, reklamı isə Polşada 30-dan çox klub və festival konsertlərdə (Warsaw Summer Jazz Days), Slovakiya və Çex Respublikaları (Prague Jazz Open, Jazz Goes To Town - Hradets Kralove , International Jazz Festival -Koşitse), Almaniya, Rumıniya (Sibu Jazz Festival) və digər ölkələrdə təşkil olundu. Yeni bir albom "Ballads for the End of the World" özünəməxsus peşəkar sileziyalı violençel ifaçısı Adam Olesin ifası ilə 2006-cı ilin aprel ayında işıq üzü gördü. Hər iki layihələrin tanıtımı 2007-ci ildə də davam edir. Həmçinin 2006-cı ildə Karnas Brüsseldə Gənc Caz İfaçıları Müsabiqəsinin birinci mükafatına layiq görülüb.

Qjegoj Karnas – vokal

Qjegoj Karnas
Qjeqoj Karnas 1972-ci il, yanvar ayının 5-i Vodzisłav Slönski, Polşada musiqi ənənələri olmayan ailədə dünyaya gəlib 1975-ci ildən yaşadığl yer: köhnə daş-kömür mədəni rayonu olan Jorı, iki elektrik stansiyası, üç mədən və bir neçə kömür süxurlarının qalıqlarından olan təpələrə doğru görünüşü olan, cənubda isə meşə və dağlardan ibarət mənzərəsi olan bina evində yaşayır. Roman və İngilis dili filoloqu, Polşada nüfuzlu hesab olunan Katovise Musiqi Akademiyası Caz İnstitutunun məzunudur. Müxtəlif caz müsabiqələrində mükafatların qazanıb, öz CD-lərin prodüseridir. Bütün Avropa boyu çoxlu sayda klublar və müxtəlif konsertlərdə çıxış edib (Polşa daxil olmaqla).

Mixal Tokay - piano

Mixal Tokay
1974-cü il, fevral ayının 24-ü, Varşava şəhərində anadan olmuş, və hal-hazırda orada da yaşamağa davam edir. Varşavada Karol Şimanovski Musiqi məktəbinin məzunu, həmçinin Katovitse Musiqi Akademiyasının Jazz və Populyar Musiqi fakültəsinin məzunudur. O, çoxlu sayda mükafatların sahibidir. Bura Katovitse Beynəlxalq Caz İmprovizasiya Müsabiqəsinin birinci mükafatı daxildir. O, Polşanın çoxlu sayda yüksək səviyyəli caz musiqiçiləri ilə yazılar lentə almış, həmçinin beynəlxalq səviyyəli ulduzlardan Edi Henderson, Viktor Lyuis və Beni Mopinlə işləmişdir. O, Aqa Zaryanın debüt aıbomu olan "My Lullaby" prodüseri olmuşdur. Bu zamana kimi, o, öz musiqilərindən ibarət Yaponiyada buraxılmış bir albom yazmışdır -"Bird Alone". Bu albom ilin caz albomu kateqoriyasında Frederyk mükafatı qazanmışdır və o, İlin Caz Musiqiçisi nominasiyasına layiq görülmüşdür. "Polşada Caz musiqisinin pianoda ifasının yeni yönlərinin dirəklərindən biri".

Radek Novitski - tenor saksafon

Radek Novitski
1976-cı il aprel ayının 30-u Polşanın Suvalki şəhərində anadan olmuş; hal-hazırda Varşavada yaşayır. Varşavada musiqi məktəbində oxumuş, hal-hazırda isə Katovitse şəhərində K.Şimanovski Musiqi Jazz İnstitutu Akademiyasında təhsilinin son ilini bitirmək üzrədir. O, Zbiqnev Namıslovski, Kazimiej Yonkiş, Aqa Zaryan kimi musiqiçilərlə işləmişdir. O, ən Orijinal Debüt üçün, həmçinin nüfuzlu „Kultursalon Hörbigger" (Vyana) mükafatına layiq görülmüşdür. O, həmçinin bəstəkar və zərbçi Mixał Miskeviçlə birgə kvartetin rəhbəridir.

Sebastian Frankeviç - zərb alətləri

Sebastian Frankeviç
1979-ci il dekabr ayının 28-i, Polşanın Bldqoşç şəhərində anadan olmuşdur; Varşavada yaşayır. Katovitse Musiqi Akademiyasının Jazz və Populyar Musiqi fakültəsini fərqlənmə ilə biritmişdir. Oder Caz Festivalda və Gənc Caz İfaçıları Müsabiqəsinin mükafatına layiq görülmüşdür. O, bütün dünyada Polşanın caz əfsanələri Mixal Urbanyak və Urşulya Dudzyak ilə birlikdə çıxışlar etmişdir. Müntəzəm olaraq müxtəlif ölçülü layihələrdə iştirak etmiş hansı ki, onun maraqları və bacarıqlarından stilistik baxımdan fərqlidir.

Mixal Yaros - bas

Mixal Yaros
1976-cı il, iyul ayının 2-si Polşanın Ilava şəhərində dünyaya gəlmişdir və hal-hazırda Varşavada yaşayır. Varşavanın Frederik Şopen adına Musiqi Məktəbinin Caz Proqramını, Katovitse Musiqi Akademiyasının Caz və Populyar Musiqi fakültəsini bitirmişdir. Caz müsabiqələri mükafatlarının sahibidir. O, Polşanın bir çox aparıcı jazz musiqiçiləri ilə: Yanuş Munyak, Tomaş Şukalski və Adam Peronçik və digərləri ilə çıxışlar etmişdir. Hal-hazırda ifa etdiyi kontrabas Roman Polanskinin əfsanəvi "Knife in the Water" filminin saundtrekinin lentə alınmasında istifadə olunduğu musiqi alətidir.

Vaxt Tarix Məkan Qiymət, AZN
18:30 9 iyun Yaşıl Teatr 10-20