Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Sevda ƏləkbərzadəŞahin Növrəsli
Rafiq Vəlimətov və qrupuEmil Məmmədov
Anar Yusufovun "Orient Xpress" qrupuİsfar Sarabskiy

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

İştirakçılar

Deniz Canna (Surinam / Hollandiya)

Deniz Canna

http://www.denisejannah.com/

Deniz Canna – vokal
Volfqanq Martini - gitara
Tako Nyoyvenhuyzen - bas
Valter Mürinqen - zərb alətləri

Proqramım qonaqı:
Emil Ibrahim – fortepiano

-"Bu qadın Sizi xəyallara dalmaq, ağlamağa və sevməyə məcbur edə bilər." (The Music Advocate)
-"Bir sözlə, Deniz Canna – musiqi barədə yazdığım 25 il ərzində ən yaxşı caz müğənnilərindən biridir." (Caz haqqında məqalələrinə müxtəlif mükafatlar laureatı Qeri Giddins, "Village Voice")
-"Onun səsi gözəldir – zəngin, güclü və yalnız yazı vaxtı əldə edilə bilən şəffaflıqla dolğundur." (Down Beat)
-"Müasir caz səhnəsində seçilən bir səs lazımdırsa, icazə veriniz bir məsləhət verim: Deniz Canna Sizin ona sərf etdiyiniz vaxta layiqdir." (Detroit Free Press)
-"Onun səsi o dərəcədə təmiz və yenidir ki, əmim olmaq olar ki, o zamanımın sınağında keçəcək." (Jazz Times)
Deniz Canna Cənubi Amerikada, Surinamda anadan olub və keçən əsrin 70-ci illərin ortalarında ailəsi ilə Hollandiyaya köçüb. 4,5 il Utrext Universitetinin hüquq şöbəsində oxuduqdan sonra Cannada musiqiyə olan üstün gəlib və o Hilversum Konservatoriyasının vokal şöbəsinə daxil olaraq, onu uğulra bitirib və, əlavə olaraq, vokal üzrə müəllim dərəcəsini də alıb. 1989-cı ildən başlayaraq Deniz müxtəlif beynəlxalq festival və müsabiqələrdə iştirak edir və çox zaman onların laureatı olur. 1991-ci ildə Deniz Timeless Records səsyazma şirkətində özünün "Take It From The Top" adlı birinci albomunu yazır və Breda (Hollandiyada) keçirilən Milli Caz Müsabiqəsində Qızıl Mikrofon mükafatı ilə təltif olunur. Həmin ildən başlayaraq müğənni ilk dəfə Haaqada keçirilən dünyanın ən məşhur caz festivallarının birinin - Şimali Dəniz Caz Festivalənda iştirakçısı olur və sonralar dəfələrlə həmin festivalda çıxış edir.
Müğənninin "A Heart Full Of Music" adlı ikinci albomu da 1993-cu ildə Timeless Records şirkətində çıxıb. Albom Nyu Yorkda yazılmışdır və nüfuzlu Edison Jazz Vocal Award mükafatına layiq görülmüşdür. 1995-ci ildə Deniz Canna caz sahəsində dünyanın ən böyük və tanınmış Blue Note səsyazma studiyası ilə kontrakt imzalamışdır və onun növbəti üç albomu bu studiyada yazılır. Bütün karyerası zamanı Deniz həm caz klublarında, həm də iri konsert salonlarında çıxış edir, müxtəlif beynəlxalq layihələrdə iştirak edir, teatr, televiziya və radioda çalışır.
Deniz Canna Uinton Marsalisin rəhbərliyi altında Linkoln Mərkəzinin Caz Orkestri və Karnegi Xoll Orkestri ilə çıxış edib, Kenni Barron, Sayrus Çestnut, Co Hendriks, Co Hiks və s. kimi tanınımış musiqiçilərlə əməkdaşlıq edib.

Diskoqrafiya:
Take It From The Top - Timeless Records, 1991
A Heart Full Of Music - Timeless Records, 1993
I Was Born In Love With You - Blue Note Records, 1995
Different Colours - Blue Note Records, 1996
The Madness Of Our Love - Blue Note Records, 1999
Gedicht Gezongen (Poetry Performed) - Plattèl Music, 2004

- Eyni zamanda Deniz Canna aşağıda göstərilən albomların yazımasında xüsusi qonaq kimi iştirak edib:
The Birthday Concert - Jack van Poll - October Records, 2002
Thirst! - Willem Breuker Kollektief feat. Denise Jannah - BV Haast, 2000
Night Train - Amina Figarova - Munich Records 2002
El Sendero - The Amsterdam Jazz Sextet - 2006

Vaxt Tarix Məkan Qiymət, AZN
16:00 12 iyun Master-klas
Bakı Caz Mərkəzi
 
18:00 13 iyun M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası 10-30