Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Emil İbrahim və DostlarıSevda Ələkbərzadə
Şahin NövrəsliRafiq Vəlimətov və qrupu
Emil MəmmədovAnar Yusufovun "Orient Xpress" qrupu

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

İştirakçılar

Hayrem Bullokun Qrupu (ABŞ)

Hayrem Bullokun Qrupu

http://www.hirambullock.com/

Hayrem Bullok – gitara, vokal
Kristian Kodiş - klavişlər
Frenk Qrevis - bas
Ceremi Qaddi - zərb alətləri

The Brecker Brothers qrupun heyətində 70-ci illərin ortalarında başlamış bütün yaradıcılıq karyerası zamanı Hayrem Bullok gözəl sessiya musiqiçisi adını qazanmışdır. O, müxtəlif janrlarda işləyən musiqiçilər tərəfindən dəvət edilmişdir: Gil Evans və Devid Senborndan başlayarqa Billi Coel və Ceyms Brauna kimi. Bütün bu vaxt ərzində Hayrem müğənni/bəstəkar və xarizmatik konsert ifaçısı kimi inkişaf edirdi. Onu hansısa çərçivəyə sığıştırmaq çətindir, Hayrem rok, fank, blüz və caz kimi müxtəlif janrlarda çalışır. Onun musiqisi şən olduğun demək daha düz olardı.
Hayrem Osaka, Yaponiyada anadan olub və 2 yaşında ailəsi ilə ABŞ köçmüşdür. Uşaqlıqda Baltimorun Pibodi Konservatoriyasında musiqini öyrənməyə başlayıb və artıq 6 yaşında ilk solo konserti ilə çıxış etmişdir. 11 yaşında saksofonda çalmağı öyrənirdi və məktəbin rok-qrupunda bas-gitarada çalırdı. 16 yaşında gitaranı əlinə götürüb – özünün etirafına görə, "qızların diqqətini vəlb etmək üçün". Hayrem Mayami Universitetinin musiqi məktəbinə daxil olur və orada Pat Meteni və Cako Pastoriusla bir yerdə oxuyur. Təhsil zamanı Hayerm bütün karyerası zamanı əməkdaşlıq etdiyi çoxlu sayda musiqiçilərlə tanış olur. Mügənni Fillis Xaymenlə birgə çıxışdan sonra ondan Nyu Yorka gəlmək təklifi alır.
Artıq Hayrem karyerasının beynəlxalq mərhələsi başlayır. Əvvəlcə o Devid Sanborna müşaiyət edir, sonra isə prodüsser Fil Ramonla görüşür və çoxlu sayda qızıl və platinum albomlarda yazılır. Dəvət olunmuş musiqiçi kimi Hayrem The Brecker Brothers, Devid Sanborn, Pol Saymon, Şaka Xan, Pit Taunsend, Bob Ceyms, Stinq, Ceyms Braun, Mayls Devis, Kenni Lojins, Billi Coel, Barbara Streyzand, Bert Bakarak, Roberta Flak, Spayro Cira, Erik Klapton, El Qrin və Ceyms Teylorla çıxış edir. Hayrem Bullok müxtəlif televiziya şoularda və kinoda fəaliyyət göstərir.
Hayrem Bullokun solo karyerası 1983-cü ildə başlayıb. O, özünün bütün albomlarının prodüseridir. Bu albonmlar müxtəlif musiqi janrlarında yazılıb: "From All Sides" albomdakıı konemporari cazdan tutmuş rok üslubunda yazılmış "World of Collision" albomuna kimi, "Carrasco" albomunun latinosundan "Late Night Talk" albomunun orqan caz-triosuna kimi. Hayremin pərəştiskarları onun konsertlərində adətən "Color Me", "Try Livin’ It" və "Too Funky 2 Ignore" albomlarının üslubunda olan fank-rok dinamik şoulara tamaşa edə bilərlər.

Vaxt Tarix Məkan Qiymət, AZN
21:00 13 iyun Yaşıl teatr 10-40