Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

"Volcano" Qrupuİrina Rodiles
Emil İbrahim və DostlarıSevda Ələkbərzadə
Şahin NövrəsliRafiq Vəlimətov və qrupu

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

İştirakçılar

Billi Kobem "Culture Mix" (ABŞ)

Billi Kobem "Culture Mix"

http://www.billycobham.com/

Billi Kobem – zərb alətləri və perkussiya
Kristof Kravero - skripka / fortepiano
Jan-Mari Ekey - gitara
Ştefan Rademaxer - bas
Marko Lobo – perkussiya
Uilbert Qill - stil pan

Musiqi tarixində hər hansı bir ifaçının dünya nüfuzlu usta kimi tanınmasının yalnız bir neçə hal məlumdur. Billi Kobem bu musiqiçilərdəndir – 30 ildən artıqdır ki, o ideal zərbçi və perkussiya ifaçısı kimi tanınır.
Əfsanəvi Billi Kobemin misilsiz və parlaq ustalığına onun çoxlu sayda yazılarında qulaq asmaq olar. O, həmçinin gözəl bəstəkar və prodüsertdir.
Kobem müasir elektron zərb alətlərini cazla birləşdirlənlərin ön sıralarında olmuşdur. Maks Rouç və Tonu Uilyamsla birgə o, İtaliyanın Meazzi Drum Company şirkətinin istehsalı olan elektron zərb alətlərindən 1968-cı ildə, Horas Silverin ansamblının Avropa qastrolları zamanı istifadə etməyə başlamışdır. Kobem heyətlərinin rəhbəri olan nadir zərbçilərindən biridir. Bir çox mükafatlara layiq görülmüş Billi Kobem öz adını daşıyan elektron və akustik zərb alətlərini işləyib-hazırlayıb və onların endorseridir.
Kobem yüzlərlə lentə alınmada iştirak edib – həm özünün qruppası ilə, həm də ən tanınmış musiqiçilər və səsyazma şirkətlərin dəvəti ilə. Kobemin cəld və güclü ifası onun iştirak etdiyi konsertlərə san ki əlavə enerji verir. O, eyni zamanda bütün dünya üzrə zərb alətlərində ifa dərslərini verir, master-klasslar keçirir. Sözün əsl mənasında yeni musiqi növü yaratmış Kobem üslubunun təsiri müasir cazın əhəmiyyətlə parçasıdır.
1980-cı ildən başlayaraq Kobem öz vaxtını Sürix, Nyu-York və Şimali Kaliforniya arasında bölür. O, 1944-cü ilin may ayının 16-da Panamada anadan olub, valideyn və qardaşı Ueyn (prodüser, truba ifaçısı, midi-musiqi mütəxəssisi və yazar) çox istedadlı idilər. Billinin qohumları zərb alətlərini hazırlayır, onlarda çalırdırldar – və Kobemin zərb alətlərinə olan sevgisi məhz buradan başlayır.
1947-ci ildə Kobemlər ailəsi Nyu-Yorka köçür – o vaxtı Billinin cəmi 3 yaşı var idi. Cəmisi 8 yaşında isə Billi ilk dəfə səhnəyə atası ilə sənhədə çıxış etmişdir. Kobem hər gün özü üzərində çalışırdı – o, Drum and Bugle Corps. səhnəsində St. Catherine’s Queensmen ansamblının heyətində çıxış edirdi. Məhz orada Billiyə məşhur Nyu-York Ali Musiqi və İncəsənət Məktəbinə daxil olmağa məsləhət görüblər. Orada Billi musiqi nəzəriyyəsini və zərb alətlərində ifa texnikasını öyrənirdi – həmin təhsil ocağında Telonius Monk və Sten Gets kimi məşhur caz musiqiçiləri dərs deyirdilər. Kobemin sözlərinə görə, "O vaxtlar təhsil müəssisələrinin rəhbərləri klassik təhsilə üstünlük verirdi və caz az qala qadağan olunmuşdur. Təbii ki, tələbələr cazla daha yaxın tanış olmaq istəyirdirlər."
60- cı illərdə ən çox Mayls Devis haqqında danışırdırlar – məhz onunla həmişə ən yaxşı musiqiçilər işləyirdi. "Biz ona qulaq asırdıq və təhlil edirdik. O vaxtlar bütün yollar Maylsa aparırdı. Bizim məqsədimiz məxz Mayls idi – fikirlərini musiqi vasitəsi ilə çatdırmaq üçün o, lazım komponentləri (musiqi və misiqiçiləri) bir araya gətirə bilirdi".
Billi Kobemin fyujnda rolu onun yazdığı 35 albomundadır. Billinin ilk albomu 1973-cü ildə işıq üzü görən Spectrum idi. Həmin albom ilk dəfə Atlantic Records səsyazma şirkəti tərəfindən buraxılmışdır, 2001-ci ildə isə albom CD şəklində Rhino Entertainment şirkəti tərəfindən yenidən buraxılmışdır. Bu iki tarix arasında Billi müxtəlif layihələr üzərində çalışırdı – o cümlədən Drum + Voice (Sony), özünün Creative Multi-Media Concepts çərçivəsində bir neçə tədris kurslarını nəşr etmişdir. Onların arasında Warner Publishing nəşriyyatı tərəfindən nəşr edilmiş Conundrum kursu da var.

Vaxt Tarix Məkan Qiymət, AZN
16:00 11 iyun Master-klas
Bakı Caz Mərkəzi
Billi Kobem & Marko Lobo
(ABŞ - Braziliya)
 
21:00 12 iyun Yaşıl teatr
Billi Kobem & Culturemix (ABŞ)
10-50