Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

İrina RodilesEmil İbrahim və Dostları
Sevda ƏləkbərzadəŞahin Növrəsli
Rafiq Vəlimətov və qrupuEmil Məmmədov

22 iyun tarixli

İyun ayının 7-dən 14-dək növbəti, sayca 3-cü Bakı Beynəlxalq Caz Festivalı keçıirimişdir. Keçən illərdə olduğu kimi, festivalın təşkilatçıları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Caz Mərkəzidir olmuşlar...>>>

İştirakçılar

Əzizə Mustafazadə (Azərbaycan)

Əzizə Mustafazadə

http://www.jazzizarecords.com/

Əzizə Mustafazadə Azərbaycanın paytaxtı Bakıda musiqiçilər ailəsində anadan olub. Onun atası, pianoçu və bəstəkar Vaqif Mustafazadə caz və muğamın bir araya gətirməsi ilə tanınmışdır. Anası, Elza Mustafazadə Gürcüstanda klassik opera müğənnisi kimi təhsil almışdır. Hələki balaca uşaq olanda, Əzizə rəqs, şəkil çəkmək və mahnı oxumaqdan həzz alırdı – və cəmisi üç yaşında ilk dəfə atası ilə səhnəyə çıxıb, vokal improvizə ifa etmişdir. Lakin Əzizənin bu çıxışı onun sonra açılmış parlaq pianoçu istedadının təzahürü idi.
Uşaqlıqdan klassik pianonu öyrənməyə başlayan Əzizə Bax və Şopenin pyeslərinə olan sevgisinə baxmayaraq, tezlikcə özünün improvizasiya vergisini nümayiş etməyə başladı. Əzizə etiraf edir: "Mən çox az məşq edirdim, hiss edə bilmədiyim materialı sadəcə olaraq çalmırdım." Atasının səhnədə cəmisi 39 yaşında baş verdiyi faciəvi ölümü Əzizə üçün bir şok idi və həyatının dönüş nöqtəsi oldu. Əzizənin anası peşəkar müğənni karyerasını bitirmək və özünü qızının musiqi istedadının inkişafına həsr etmək qərarına gəldi. O vaxtdan Elza xanum Əzizənin meneceridir və yeni pyeslərin yazılması və ya lentə alınması zamanı Əzizə həmişə anasının fikrini nəzərə alır. "Mən anama inanıram – o, çox zəngin klassik musiqi təcrübəsinə malikdir və atamla caz üslubunda bir yerdə çalışıb", - deyir Əzizə. "O, eyni zamanda, musiqi, tarix və ədəbiyyat haqqında çox şey bilir."
Əzizənin cəmisi 17 yaşı olanda, o Vaşinqtonda keçirilən Telonius Monk adına piano müsabiqəsində qalib gəldi. Bu konkursda Əzizə Monkun bir neçə pyesini özünə xas olan üslubda muğam elementlərini daxil etməklə ifa etmişdir. Təxminən həmin dövrdə Əzizə anası ilə Almaniyaya köçür və öz musiqi üslubunu inkişafı ilə məşğul olur.
1991-ci ildə Əzizə Aziza Mustafa Zadeh adlanan debüt albomunu yazır. Dərhal aşkar olur ki, Əzizə milli kökləri ilə birgə klassik və caz təhsilini əks etdirən qeyri adi və yadda qalan səsə malikdir. Onun erkən xatirələri ECHO Award və Almaniya Caz Yazılarının Assosiasiyasının mükafatlarına layiq görülən Always albomunda əksini tapıb. Əzizənin istedadı o dərəcədə təsirli idi ki, 1995-ci ildə bir neçə aparıcı caz musiqiçisi Əzizənin Dance Of Fire albomunun yazılmasında iştirak etmişlər. Özlərinə daha az inanan musiqiçilər gitaraçı El Di Meola, bas-gitaraçı Stenli Klark, Weather Report qrupunun keçmiş zərbçisi Ömər Hakim və saksofonçu Bill Evansdan ibarət olan heyətdən vahiməyə gələ bilərlər, lakin Əzizə yenidən prodüserliyi çox dəqiq etmiş və albom ona xas olan musiqi ifadələrlə dolğundur. "Əzizə həm musiqiçi, həm də bəstəkar kimi dahidir. Mənim üçün onun musiqisi sadəcə olaraq caz deyil – mən onun mədəniyyətini eşidirəm. Mən Azərbaycanı eşidirəm", - bu sözləri El Di Meola deyib.
Avropada və ondan kənarda – London və Parisdən tutmuş İstambul və Tel Əvivə kimi – konsert salonlarını doldurmuş tamaşaçıların qabağında çıxış edən Əzizə Seventh Truth (1996) albomunun üzündə olan gözəl qadın obrazını yaşdır. Bəlkə də, bu obraz ruhunu piano sololarda və səsdə çılpaq edən daxilindəki musiqinin əks sədasıdır. Növbəti alboma – Jazziza – Əzizənin özü yazdığı pyesləri və My Funny Valentine и Deyv Brubekin Take Five kimi caz standartları daxildir.
Londondakı Abbey Road studiyasında yazılan Shamans albomunda Əzizənin istedadını və onun müxtəlif tərəflərini: həm Bach-Zadeh və Portrait Of Chopin parlaq klassik fortepiano məktəbini, həm də Ladies Of Azerbaijan və Sweet Sadness özünə məxsus vokal texnikanı əks stdirən pyeslər toplanmışdır. Albomun ilk pyesi Əzizə yaradıcılığı üçün qeyri adidir: pyesdə yalnız perkussiya, sisəylərin cırıldaması və naməlum məkanın ruhlarını çağırmaq üçün öz səsinin çoxlu sayda üst-üstə yazılmasından istifadə edilir. Əzizə deyir ki, "həyatın ruhi tərəfi mənim üçün çox vacibdir. Şamanlar – özəl bir adamdırlar, onlar xəstəliklərdən xilas edirlər".

Diskoqrafiya:
1. Aziza Mustafa Zadeh - 1991
2. Aziza - 1993
3. Always - 1993
4. Dance Of Fire - 1995
5. Seventh Truth - 1996
6. Jazziza - 1997
7. Inspirations - Colors & Reflections - 2000
8. Shamans - 2002
9. Contrasts - 2006

Vaxt Tarix Məkan Qiymət, AZN
21:00 8 iyun Oprera və Balet Teatrı 50-100