Biletləri
Bakı Cazz Mərkəzində
ala bilərsiniz
Bütün məlumatı telefonlarla ala bilərsiniz:(+99412) 437 55 33
(+99412) 437 88 33

İştirakçılar

Sevda ƏləkbərzadəŞahin Növrəsli
Rafiq Vəlimətov və qrupuEmil Məmmədov
Anar Yusufovun "Orient Xpress" qrupuİsfar Sarabskiy

22 iyun tarixli

The next, the third in a row Baku International Jazz Festival was held from the 7th of June 2007 to the 14th. As in the past years the Ministry of Culture and Tourism of Azerbaijan, the Ministry of Youth and Sport of Azerbaijan, Friends of Azerbaijan Culture Foundation and Baku Jazz Center were the organizers of the Festival...>>>

Tarixi 2005-ci ildən başlayan Bakı Caz Festivalların rəsmi internet səhifəsinə xoş gəlmişsiniz! Burada, və yalnız burada festivalın iştirakçılar və konsertlər haqqında tam məlumat əldə edə bilərsiniz. Burada, və yalnız burada yeni press-reliz və festivalın bütün tədbirlərindən fotolarla tanış ola bilərsiniz.
Baku International Jazz Festival 2007 iyunun 7-dən 14-nə kimi keçəcək və olduqca dolğun olacaq – və ən çətin məsələ artıq seçim məsələsidir: hansı konsertə getmək və kimə qulaq asmaq.

Cədvəl

Bu ilin festival proqramı gərginliyi ilə əvvəlki festivalları arxada qoyub: Festivalın 6 iş günündə xaricdən gələn 11 heyət və musiqiçı çıxış edəcək. Lakin bu festivalı keçən ilki festivaldan fərqlərindirən bir başqa vacib amil də var: keçən il əsas fikir ulduz adlara verilmişdirsə, bu il hətta bakı caz həvəskarlarına tanış olmayan heyətlərdə də tanınmış musiqiçilər çıxış edəcək. Əlavə olaraq, ilk dəfə keçmiş sosialist düşərgəsinə daxil olan Polşa və Macarıstandan gələn musiqiçıilər də festivalda iştirak edəcəklər. Bakıda anadan olan, indi isə ABŞ-da yaşıyan həmyerlimiz Zülfüqar Bağırov rəhbərlik etdiyi kvartetin çıxışı xüsusi maraq doğurur. ABŞ-dan gələn Volcano kvartetin çıxışı da çox maraqlı olmalıdır - ən azı onun tərkibində olan musiqiçilərin təcrübəsinə görə.
Və, təbii ki, bakılılar və şəhərimizin qonaqlarının xüsusi diqqətlərini məşhur zərbçi Billi Kobham, gitaraçı Hayrem Ballok, Hollandiyalı vokalçı Deniz Canna və səbirsizliklə gözlədiyimiz dahi Vaqifimizin qızı, Əzizənin, konsertləri cəlb edəcək...>>>

Master-klaslar

Bu ilki festivalın əvvəlki festivallardan fərqləndirən bir amil də var: tanınmış caz ustaları tərəfindən çoxlu sayda keçirilən master-klaslardır. Artıq Festivalın birinci iş günündə, iyunun 8-də, Rusiyanıın əməkdar artisti və ən təcrübəli saksafonçulardan biri olan Aleksandr Oseyçukun və Qnesinlər adına RMA dosenti Janna İlmerin birgə master-klassı keçiriləcək. Növbəti gün artıq bizim həmyerlimiz, indi isə ABŞ-da yaşıyan Berkli kollecinin məzunu Zülfüqar Bağırov peşə sirləri barədə söhbət açacaq. İyunun 12 səhər saat 11-də Rusiyanın ən tanınmış pianoçu Yakov Okunun master-klassı olacaq, saat 16-da isə məşhur zərbçi Billi Kobham və Braziliyalı perkussiya ustası Marko Lobon dərs keçəcəklər. Və, nəhayət, iyunun 12-də Hollandiyalı vokalçı Deniz Cannanın master-klassı olacaq...>>>

Arxiv

"Baku International Jazz Festival 2007" – Bakı Caz Festivalların sıralarında artıq üçüncü festivaldır. 2005-ci ilin aprel ayının əvvəlində başlayan festival bakılıların və şəhərimizin qonaqlarının böyük marağına səbəb olmuşdur. Və hətta birinci festival həm iştirakçıların goqrafiysası, həm də omların səviyyəsi ilə fərqləndi: caz bayramında ABŞ, Rusiya, Almaniya, Fransa, Türkiyə, Kanada və başqa ölkələrədən həm cavan, həm də təcrübəli və tanınımış caz ustaları iştirak edirdi. Festivalın əsas qonağı isə məşhur Co Zavinul Sindikatı idi. Festivalın konsert və cemləri bakılılara və şəhərimizin qonaqlarına həm festival ovqatını yaşamaq, həm də cazmenlərlə ünsiyyətdə olmaq imkanı vermişdir